Ukraynada 12 gündür yaşanan insanlıq dramını Putin dayandırmalı olacaq. Ya xoşluqla, ya da buna məcbur olacaq. Çünki itirən ən əvvəl öz xalqıdır, işğala görə ödənilən bədəl isə sürətlə böyüməkdədir.

Ən bəsit iqtisadi hesablamalara görə, Kremlin başlatdığı mənasız müharibə hərbi texnika və sistemlərin məhvi də daxil, hər gün Rusiya büdcəsinə on milyardlarla dollara (!) başa gəlir. Hələ post-müharibə dönəminin vəd elədiyi itkilər.

Əlbəttə ki, heç bir siyasi ambisiya belə fantastik çıxarlara, iki qardaş xalqın iztirablarına haqq qazandıra bilməz. Artıq aydındır ki, Moskva bu savaşdan qalib ayılmayacaq. Odur ki, Kreml başçısı nə qədər gec deyil, dünya liderlərini, öncəliklə Türkiyə Prezidenti Ərdoğanı eşitməlidir. “Şərin yarısından qayıtmaq da xeyirdir” deyiblər. Əfsus ki, bu yöndə Kreml rəhbərindən hələ ki, rasional yanaşma gözə dəymir...

“Rusiyanın ilkin hədəfi bütün Ukraynanı işğal etmək, yeni konstitusiyanı qəbul etdirmək, Bosniya və Herseqovina kimi daxildən zəif idarə olunan federasiyaya çevirmək və bu yeni federativ Ukraynanı KTMT, AİB kimi postsovet birliklərinə inteqrasiya etmək idi. Ola bilsin, ardınca Ukrayna, Rusiya və Belarusdan ibarət bir ittifaq dövləti - Suveren Slavyan Respublikaları İttifaqı (SSRİ-2) yaratmaq ideyası da hədəflənib”.

Bu sözlər təhlükəsizlik üzrə ekspert, politoloq Andrey Porotnikova məxsusdur.

Amma Putinin nəinki “SSRİ-2” arzusu, KTMT və AİB planları da artıq “suya düşmüş” sayıla bilər. Rus ordusu indi Ukraynada “SSRİ-2” ilə bahəm, digər “Putin layihələri”ni də dəfn eləməklə məşğuldur.

Özünüz düşünün: slavyan Rusiya və Belarusun slavyan Ukraynaya yumşaq desək, o boyda pisliyindən sonra “SSRİ-2” qurula bilərmi? Kremlin yeni imperiya layihəsi isə Ukraynasız süquta məhkumdur...

İkinci yandan, yəqin ki, Qərb də artıq öz dərsini alıb. O anlamda ki, aqressiv separatizmə dəstək, ölkələrin ərazi bütövlüyünü qulaqardı eləmək Avrasiya məkanında hətta 3-cü dünya savaşına gətirə bilər. Belə bir dərs əlbəttə ki, ermənilərin “artsax” xəyallarına da zərbə olacaq.

Bütün hallarda Ukrayna faciəsi ermənilərin ərazi iddiası iştahı üçün yaxşı heç nə vəd eləmir. Əsas da o səbəbə ki, ermənilərin Qafqazdakı əsas və ənənəvi arxa-dayağı Rusiyanın müharibədən qalib çıxmaq şansı yoxdur. Kiyevi, Xarkovu, Odessanı xarabazarlığa çevirməklə ələ keçirmək, qazanmaq qələbə sayılmayacaq. Krımı və iki separatçı qurumu müharibədən sonra nəzarətdə saxlamaq da qələbə sayılmayacaq. Qələbə - ukraynalıların könlünü qazanmaqdır! Bu da mümkünsüz bir iş.

Rusiya özünü qalib saysa da, saymasa da, girdiyi Ukrayna bataqlığından dəhşətli şəkildə zəifləmiş, beynəlxalq imici sarsıdılmış halda çıxacaq və uzun müddət öz yaralarını sağaltmaqla məşğul olacaq. Doğrudur, digər ölkələr, ətraf dövlətlər və xalqlar da Kremlin hərbi avantürasından ziyan görəcək, ancaq zərbənin ən böyüyünü şübhəsiz, Rusiya dövləti və onun əhalisi yeyəcək...

Bu fonda Ermənistanın Azərbaycan və Türkiyə ilə qeyd- şərtsiz barışmaqdan savayı yolu qalmayacaq. İrəvan Ukrayna məsələsində birmənalı Qərbin yanında yer alsa belə, onun separatçı planlarına hər hansı faydası olmayacaq. Deyəsən kapitulyant ölkədə də proseslərin hara getdiyini anlamağa başlayıblar.

O ki qaldı “SSRİ -2” projesinə, müharibə bitsə və rus ordusu Ukraynadan çıxsa da, Qərb işğalçı ölkədən əl çəkən deyil. Ehtimal eləmək olar ki, yaxın və ya orta perspektivdə “xalqlar həbsxanası” olan Rusiya özü yeni SSRİ-yə zəmin olacaq. Ən yaxşı halda. Ruslar üçün ən pis halda isə imperiya “tikişlər üzrə” söküləcək. Konkret nə vaxt, hansı tarixdə?

Bunu müharibə bitdikdən az sonra, ancaq mütləq bu il biləcəyik - SSRİ-nin yaradılmasının 100-cü ildönümündə...

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay