“Hər bir müharibədə olduğu kimi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində də daxili siyasi faktorun rolu var. Başqa cür də ola bilməz, çünki artıq üçüncü onilllikdir davam edən Putin hakimiyyətinin ən güclü və ən təsirli rəqibləri onun elə öz daxilindədir”.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert qeyd edib ki, Rusiyadakı hakimiyyətdaxili mübarizə ölkənin istər öz mediasında, istərsə də xarici informasiya resurslarında ən az müzakirə olunun mövzudur:

“Halbuki məhz həmin mübarizə Rusiyanın xarici siyasətdəki davranışına da təsir edən amillərdəndir. Buna Putinin Ukraynaya qarşı açdığı ilk baxışdan mənasız qanlı savaşın nümunəsində baxmağa çalışaq. Doğrudanmı Putinin müharibədən başqa çıxış yolu yox idi? Ukraynanın getdiyi yol həqiqətənmi Rusiya üçün bu qədər təhlükəli idi? Bəri başdan deyim ki, Putinin müharibənin səbəblərindən biri kimi göstərdiyi “Ukraynanı nasist rejimindən xilas etmək” iddiası təkcə absurd deyil, həm də heç bir siyasi, ideoloji və hüquqi əsası olmayan təxəyyül məhsuludur.

Bəs Ukraynanın NATO-ya üzv olması və bunun Rusiyanın milli təhlükəsizliyinə təhdid yarada bilməsi “arqument”? Deyək ki, Ukraynada həqiqətən də millətçi və ya Rusiya liderinin paranoyal iddiasında deyildiyi kimi, hətta nasist rejim var. O halda sual olunur ki, bunun Rusiyaya nə dəxli? Məgər (mövcud olmayan) nasiszmlə mübarizə missiyası Putinə tapşırılıb? Şübhəsiz ki, bunların hamısı bəhanədir. O zaman Ukraynanın NATO-ya üzv qəbul olunması təhlükəsi? Doğrudanmı belə bir təhlükə real idi? Şübhəsiz ki, yox. Belə primitiv təbliğatı yalnız Rusiya auditoriyasının alternativ informasiya mənbələrindən və NATO-ya üzvlük qaydaları haqda bilgilərdən xəbərsiz olan kəsiminə “həzm etdirmək” olar. Bu mənada Putin-Solovyov-Simonyan təbliğatı uğurla işləyir.

Eyni zamanda, Putin və onun komandasının üzvlərinin hamısı çox yaxşı bilirlər ki, NATO haqqında müqaviləyə əsasən ərazisində hərbi münaqişələr olan ölkələrin Şimali Atlantika Alyansına qəbulu faktiki olaraq mümkünsüzdür. Üstəlik də alyans üzvləri arasında fikir ayrılığı olduqda. Deməli, həmin iddia da absurd və primitiv həyasızlıqdan başqa bir şey deyildi. Amma son ana qədər baş verəcəyinə əksəriyyətin inanmadığı müharibə başlandı. O zaman belə riskli və qanlı savaşı açmaq Putinin nəyinə lazım idi? Bu, zərurət nədən qaynaqlanırdı?”.

Ərəstun Orucunun sözlərinə görə, müharibənin əsas səbəbi Rusiya hakimiyyətinin daxilində gedən pərdəarxası mübarizənin öz kulminasiya nöqtəsinə çatması idi ki, bu da müharibə ərəfəsində özünü göstərməyə başladı:

“Bir sözlə, həmin səbəb pərdənin önünə çıxdı. Məsələn, Ümumrusiya Zabitlər Şurasının müharibə ərəfəsində yaydığı müraciət birmənalı olaraq siyasi xarakterli aksiya idi və Rusiya hakim zümrəsindəki hərbi qanadın hakimiyyət uğrunda açıq mübarizəyə başlamasının anonsu kimi qəbul olundu. Xatırladım ki, həmin müraciət təkcə hakimiyyətə deyil, həm də Rusiya xalqına ünvanlanmışdı və müraciətdə Putinin istefasına açıq çağırış vardı. Ardınca müraciəti şərh edən ÜZŞ sədri general İvaşov isə bildirdi ki, sənəd hazırlanarkən ona hətta Putinin mühakimə olunması tələbini daxil etmək təklifləri də olmuşdu.

Beləliklə, həmin müraciət uzun müddət gedən daxili mübarizənin açıq müstəviyə keçməsinin və kritik nöqtəyə çatmasının təzahürü idi. Amma məsələ bununla da bitmir. Müharibə ərəfəsində Putinin törədiləcək hərbi cinayətin məsuliyyətini bölüşmək üçün topladığı Təhlükəsizlik Şurasında (TŞ) başqa incə məqamlar da üzə çıxdı. Həmin iclasda çıxışı zamanı TŞ sədri Nikolay Patruşev Putinə faktiki açıq şəkildə bildirdi ki, o, yəni Putin mənasız və avantüris planlara əl atmaqdansa, ABŞ-la danışmalıdır. Bu, o anlama gəlirdi ki, danışa bilmirsənsə, çəkil kənara, bunu biz edək.

Rusiyanın hakimiyyət iyerarxiyasında açar fiqurlardan olan Patruşevə açıq etiraz edə bilməyən və yalnız onu kinayəli baxışlarla süzən Putin qəzəbini onun (Patruşevin) mövqeyini dəstəkləyən digər komanda üzvünün – Sergey Narışkinin üzərinə yönəltdi”.

Politoloq bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru olan Narışkin həmin iclasda Patruşevlə eyni mövqedən çıxış edirdi və hətta onun təklifini açıq dəstəklədi:

“Bu isə Putin üçün daxili siyasi böhranın ikinci və daha ciddi əlaməti idi. Çünki artıq söhbət hələ Stalin dönəmindən Kremlə qarşı “gizli opponent” mövqe sərgiləyən hərbi qanaddan deyil, onun (Putinin) öz komandasından gedirdi. Bu isə birləşdirici amil kimi müharibənin qaçılmaz olduğunu bir qədər də aktuallaşdırırdı. Amma bunun üçün Ukraynanı və onun daxili hərbi-siyasi durumunu əsas gətirmək kifayət etmirdi. Xarici düşməni bir qədər də böyütmək lazım idi. Məsələn, ABŞ, NATO və ya bütövlükdə Qərb. Məhz ona görə də son aylar Putin təbliğatı Ukraynanın NATO-ya üzvlük məsələsini xüsusilə qabardırdı.

Əslində ABŞ və NATO-ya da Rusiyanın təcavüzü faktoru lazım idi, Çünki bu, ən azı Avroatlantik düşərgədəki fikir ayrılıqlarını aradan qaldırmaq və Rusiya təhlükəsindən istifadə edərək öz sıralarını möhkəmləndirmək üçün unikal imkan idi. Putin bu imkanı bəlkə də istəmədən və ya elə başqa çıxış yolu olmadığından yaratdı. Amma Moskvada müharibə planına imza atanda bir variantı ya hesablaya bilməmişdilər, ya da bu haqda ümumiyyətlə düşünməyə vaxt, ehtiyac, imkan olmamışdı.

Məğlubiyyət variantı istənilən müharibəni başlayanda mütləq nəzərə alınmalı və hesablanmalı nəticələrdən biridir, çünki onun (müharibənin) nəticələrindən təkcə dövlətin qısa deyil, həm də uzunmüddətli planları, strategiyası asılı olur. Həm də müharibəni başladan hakimiyyətin aqibəti.

ABŞ və NATO beyin mərkəzləri isə bunu yəqin ki, nəzərə almışdılar və onun (məğlubiyyətin) təmin olunması üçün müəyyən tədbirlər də görülmüşdü, onun döyüş taktikasına NATO ölkələri ordularının təcrübəsinin tətbiqi və s. kimi tədbirlər. Çünki Rusiyanın Ukraynada hərbi məğlubiyyəti onun rəqibləri üçün geosiyasi mübarizənin indiki dönəmində Moskvanın iddialarının miqyasının məhdudlaşdırılması üçün vacib idi. Ukraynada məğlub olan və ya ağır itkilər verən Rusiyanın bundan sonra böyük geosiyasi iddialar ortaya qoyması şübhəsiz ki, gülünc olardı.

İstər maliyyə, istərsə də sosial-iqtisadi baxımdan Qərblə rəqabət aparmaq gücündə olmayan Moskvanı onun sonuncu “güclü ordusu olması” arqumentindən də məhrum etmək lazım idi. Putinin “könüllü” girdiyi Ukrayna tələsinin hədəfində həm də bu idi. Amma bunlar Moskvanın Ukraynaya hərbi təcavüzünün geosiyası çıxarlarıdır. Putinin ən böyük və bağışlanılmaz səhvi isə onun öz inkişaf modelini və xarici siyasət kursunu seçmiş müstəqil dövlətə qarşı heç bir əsası olmayan qanlı müharibəyə start verməsi idi. Bunun isə bədəli mütləq olmalıdır”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay