"Bizim ictimaiyyətdə tez-tez belə söhbətlərə şahid oluruq ki, Azərbaycan Rusiyanın Ukraynada başının qarışmasından istifadə edib, başa çatdırmadığı missiyanı başa çatdırmalıdırmı, yoxsa gözləməlidir?!".

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Azərbaycan yenə də 100 faizli təminat əldə etdikdən sonra Qarabağın dağlıq hissəsində yarımçıq qalan məsələləri yoluna qoymağa başlayacaq:

"Bu məsələ təkcə Azərbaycanda gündəmə gəlmir. Həm Moldovada, həm Gürcüstanda, həm də digər yerlərdə belə oxşar problemlər var ki, onlar da Rusiyanın başının qarışmasından istifadə edib, müəyyən addımlar atmaq haqqında fikirlər səsləndirirlər. Amma mən düşünürəm ki, axı Rusiya-Ukrayna müharibəsinin nəticəsi bəlli olmadan belə addımların atılması həm düzgün olmaz, həm də effektiv olmazdı. Düşünülmüş, praqmatik, geosiyasi reallıqları nəzərə almaqla addım atmaq lazımdır. Fikrimcə nəyi nə vaxt etməklə bağlı hər şeyin zamanını ən yaxşı məhz Azərbaycan Prezidenti özü bilir.

Təsəvvür edin ki, Azərbaycan, yaxud da ki, Gürcüstan bu imkandan istifadə edib işğaldakı ərazilərini azad etməyə qalxır, və ya Moldova Denestryanı ərazini separatçılardan azad etməyə çalışır. Amma bir də məlum olur ki, Rusiya Ukrayna ilə müharibənin nəticəsində qalib gəlir və Rusiyanın dünyadakı mövqeyi daha da güclənir. Bəs sonra nə necə olacaq?!

Ona görə də, mənə elə gəlir ki, bu qeyd etdiyim dövlətlər, o cümlədən Azərbaycan müharibənin nəticəsinin daha dəqiq bilinməsinə qədər gözləyəcəklər. Təbii ki, Azərbaycan Qarabağda olan prosesi bir an belə yaddan çıxarmır, unutmur və əlverişli, uyğun şərait yaranan kimi bu məsələni bitirəcək, bu istiqamətdə lazımı işlər görüləcək. Amma indiki halda Azərbaycan çox ehtiyyatlı və balanslaşdırılmış siyasət yeritməkdə davam edəcək.

Azərbaycan 44 günlük müharibəyə nə zaman başladı?! Biləndə ki, bütün məsələlər aydındır - 100 faizli təminat var ki, başqa dövlətlər ona müdaxilə etməyəcəklər və onun Qarabağdakı əməliyyatına mane olmayacaqlar, ondan sonra haqq savaşına başladı. Düşünürəm ki, Azərbaycan yenə də 100 faizli təminat əldə etdikdən sonra Qarabağın dağlıq hissəsində, sülhməramlı kontingentin nəzarəti altındakı qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilməsi və digər önəmli məsələləri yoluna qoymağa başlayacaq.

Proseslər də göstərir ki, Rusiya-Ukrayna müharibəsi təzə başlayıb. Bu müharibənin hadisələri hara aparacağı hələ məlum deyil. Necə ki, Rusiya Qərbi, NATO-nu nüvə silahından istifadə etməklə qorxudur, bəlkə sabah həqiqətən də istifadə edəcək. Belə olan halda proseslərin necə gedəcəyini də hesaba qatmaq lazımdır. Ona görə də, digər ölkələr, o cümlədən Azərbaycan hələlik gözləmə mövqeyi tutacaqlar və belə daha yaxşıdır".

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay