Separatçı "Donbas Xalq Respublikasın"ı (DXR) və "Luhansk Xalq Respublikası”nın (LXR ) müstəqilliklərini tanıdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin tərəfindən Ukraynaya hücumu ilə başlayan müharibə dünya dövlətlərini təşvişə salıb. Belə ki, davam edən müharibənin Avropa iqtisadiyyatı üzərindəki mənfi təsirləri bölgədə təbii qaz qiymətlərinin sürətlə yüksəlməsindən hiss edilməyə başlanılıb.

Xatırladaq ki, Avropanın təbii qaz ehtiyatının 40%-i Rusiya tərəfindən qarşılanırdı. Yaranan vəziyyət isə Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsi ilə nəticələndi. Beləliklə, bununla əlaqədar Almaniya rus qazının ölkəyə daşınması üçün nəzərdə tutulan 11.6 milyard dollarlıq “Şimal axını-2” layihəsini dayandırıdı. İngiltərənin Baş naziri Boris Conson isə Rusiyanın “İngiltərə Rossiya”, “IS Bank”, “General Bank”, “Promsvyazbank” və “Black Sea Bank” banklarına və üç varlı şəxsə sanksiya tətbiq ediləcəyini açıqladı.

Pakistan və Rusiya əlaqəsi...

Bu dönəmdə Pakistanla Rusiyanın yaxınlaşması isə bir çox ölkələri təəccüb içində buraxıb. Belə ki, Pakistanın Baş naziri İmran Xanın 23 ildən sonra Rusiyaya səfər edərək Putin ilə görüşməsi və “Pakistan axını” qaz kəməri də daxil olmaqla bir sıra məsələləri müzakirə etməsi yeni müttəfiqliyə ilk addım olub. Görüşdə iştirak edən Pakistan energetika naziri Həmməd Əzhərin isə hər iki ölkənin qaz kəməri layihəsinin tez bir zamanda başlatmağa istəkli olduğunu vurğulayıb.

Bəs, əslində bu səfər hansı məqsəd daşıyır?

Politoloq Yeganə Hacıyeva

Ednews-a açıqlamasında bildirib ki, Pakistan Rusiya üçün ən əhəmiyyətli ölkələrdən biridir.

“Pakistanın Rusiya üçün iqtisadi, lojistik, təhlükəsizlik anlamında əhəmiyyəti böyükdür. Rusiya belə bir strateji ölkə ilə nəinki lojistik, iqtisadi əlaqələr, həmçinin siyasi əlaqələrdə də maraqlı olduğundan “Pakistan axını’ adlanan qaz boru kəməri layihəsini siyasi akt kimi qəbul etməliyik”.

Söhbət zamanı o, Rusiya və Pakistan arasındakı ittifaqın məcburi birlik olduğunu bildirib.

“Rusiyanın Avropa və Pakistan arasında seçim etdiyini düşünməməliyik. Bu ittifaq məcburiyyətdən irəli gəlir. Pakistan qlobal səviyyədə öz maraqlarının qorumaq üçün Rusiyanın imkanlarından istifadə etmək istəyir”.

Politoloq, həmçinin, bu layihənin Rusiya-Ukrayna krizindən əvvəl planlaşdırıldığını söyləyib.

“Bu zamanlarda Rusiyanın əlaqələr qurduğu hər ölkəni “onun mövqeyini müdafiə edir” kimi göstərmək doğru deyil. Bu layihə haqqında sənədlər 2014-cü ildə imzalanıb. Bu xəttin əsasında rus qazının Çinə çıxarılması istiqamətində planlar durur”.

REAL partiyası Siyasi Komitəsinin üzvü iqtisadçı Natiq Cəfərli isə iki ölkə arasında keçirilən görüş haqqında bildirib ki, hazırda Rusiya qaz bazarlarına çıxış imkanı axtarır.

“Rusiya ildə 178 milyard kub metr qaz satdığı Avropadan sıxışdırılıb çıxarıldığına görə yeni qaz bazarlarını Asiyada axtarır. Çin, Hindistan və Pakistanın Rusiyaya qarşı edilən sanksiyalara qoşulmama ehtimalı var. Pakistan axını adlanan qaz boru kəmərinin sürətləndirilməsi də məhz buna bağlıdır”.

İqtisadçı Ukrayna müharibəsi zamanı atılan bu addımın Pakistan üçün səbəbinə də toxunub.

“Pakistanın enerjiyə, qaza ehtiyacı var və bu ehtiyaclarını ödəmək istəyir. Bu səbəbdən atılan bu addımı “dəstək” kimi hesab etmək doğru deyil”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay