Putin qəzəbindən DƏLİYƏ DÖNDÜ: Bu gün Uralda kecirdiyi görüşdə NƏ BAŞ VERİB - SENSASİON DETALLAR
Rusiya Dumasının sabiq deputatı İlya Ponomarev bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin tam iflasa uğraması Kreml rəhbərliyini əsl şoka salıb.
QAYNAR.MEDİA-nın Virtualaz.org-a istinadən xəbərinə görə, Ponomarev Facebook səhifəsində qeyd edib ki, əldə olunan məlumata görə, bu gecə Kremlin rəhbəri Vladimir Putin Uralda olarkən görüş keçirib. Rusiya komandanlığı Ukraynanın işğalını 4 gün ərzində həyata keçirməyi planlaşdırırdı. Ancaq ordunun səyləri uğursuz olub.
Döyüş əməliyyatlarının real mənzərəsi Ukraynanı tez bir zamanda ələ keçirməyi planlaşdıran Putini qəzəbləndirib. Fevralın 26-na olan məlumata görə, rusların silah və qanadlı raket ehtiyatları tükənir, yeni tədarüklər ancaq bir neçə aydan sonra mümkün olacaq, çünki Rusiyadakı hərbi zavodları belə həcmlərlə ayaqlaşa bilmir.
Üstəlik, Rusiyanın hərbi kampaniyaya xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Bu da ölkənin büdcəsi üçün ağır yükdür.
Rusiyalı siyasətçinin sözlərinə görə, Ukrayna ordusu və mülki əhalinin şiddətli müqaviməti Rusiya komandanlığını şoka salıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay