Prezident Vladimir Putin ABŞ və Qərbi yenidən nüvə silahı ilə təhdid etməyə çalışsa da, Kremlin ən qısa zamanda Ukrayna ilə anlaşmaqda maraqlı olduğu da nəzərə çarpır; Ancaq danışıqlar masası arxasında Rusiya və Ukrayna olsa belə, əslində, müzakirə gündəliyinin, eləcə də, əsas anlaşma şərtlərinin məhz ABŞ və Qərb tərəfindən müəyyən ediləcəyi qətiyyən şübhə doğurmur...
Ukrayna savaşı kuliminasiya mərhələsinə yaxınlaşır. Ancaq elə bir vəziyyət yaranıb ki, mütləq qalibin kim olacağı mübahisələrə açıqdır. Və hərbi qələbəyə yaxın olan Rusiyanın beynəlxalq durumu getdikcə, ağırlaşır.


Kreml rəsmi Kiyevə artıq danışıqlara başlamağı təklif etmək məcburiyyətində qalıb. Son açıqlamada Rusiya nümayəndə heyətinin Belarusa yola düşdüyü və danışıqlar üçün Ukrayna təmsilçilərini gözlədiyi bildirilir. Və bu, hazırda Rusiyanın savaşın dayandırılmasına ciddi ehtiyac duyduğu anlamına gəlir.

Ancaq Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın danışıqlar üçün təklif etdiyi Minsk şəhərindən imtina edib. O, Belarusun neytral ölkə olmadığını geyd edərək, oradan Ukraynaya ballistik raketlərin atılmasını, tankların və canlı qüvvənin ölkəyə girdiyini xatırladıb: "Rusiya ilə Varşava, Bratislava, Budapeşt, İstanbul və ya Bakıda danışıqlara hazırıq. Danışıqlar elə bir ölkədə olmalıdır ki, ordan başımıza raket yağdırmasınlar. Yalnız bu halda danışıqlar ədalətli ola və müharibəni bitirə bilər”.

Belarus prezidenti Aleksandr Lukaşenko da ölkəsindən Ukraynaya raket atıldığını etiraf edib. O, bildirib ki, münaqişənin əvvəlində Belarusun cənubundan Ukraynaya 2-3 raket zərbəsi endirilib. Və "Batka"nın bu etirafı yaxın gələcəkdə Ukrayna-Belarus münasibətlərinin ziddiyyətli olacağına indidən təmat verir.

Təbii ki, Kreml və rəsmi Kiyev savaşın dayandırılmasının şərtlərini müzakirə etməyə razılaşsalar belə, iki qonşu ölkə arasında sülh dövrünün başlayacağına tam əminlik yoxdur. Çünki, danışıqlar masası arxasında irəli sürüləcək şərtlərin məzmunu hələ tam məlum deyil. Üstəlik, Rusiya istənilən halda, özünü qalib ölkə və şərtləri diqtə etmək hüququ olan tərəf kimi aparmağa çalışır. Əgər, savaşın ilk günlərində bu, daha mümkün görünürdüsə, indi vəziyyət nisbətən dəyişməyə başlayıb. Rəsmi Kiyev Kremlə Ukraynanın təhlükəsizliyinə təminat qarşılığında ölkənin NATO-dan kənar neytral dövlət statusunu təklif edirdi.

Ancaq bəzi qeyri-rəsmi məlumatlara görə, Rusiya və Ukraynanın danışıqlara başlamağa yaxın olduğu bir mərhələdə proses pozuldu. Bəzi iddialara görə, ABŞ və Qərbdən narazı olan rəsmi Kiyevin danışıqlar cəhdinin qarşısı müəyyən konkret addımlar və vədlərlə alındı. Yəni, ABŞ və Qərb Rusiyaya qarşı ağır beynəlxalq sanksiyaların artıq işə salınmaq üzrə olduğunu əsas gətirərək, danışıqlar prosesini poza bildi. Və tezliklə həmin sanksiyalar sayəsində Ukraynanın Rusiya ilə danışıqlarda şərtləri diqtə edən tərəfə çevriləcəyini vəd etdilər.

Onu da qeyd edək ki, savaşın ilk günlərində Ukraynaya yalnız "bəyanat dəstəyi" verən ABŞ və Qərb həqiqətən də artıq konkret addımlar atmağa başlayıb. Bir tərəfdən Ukraynaya silah-sursat göndərilir. Və Rusiyanın qarşısında Ukraynanın müqavimət gücü artırılır.

Son iki gündə Rusiyanın hərbi itkiləri də bunu təsdiqləyir. Belə ki, rəsmi Kiyevin yaydığı məlumata görə, indiyə qədər Rusiyanın 27 təyyarəsi, 26 helikopteri, 146 tankı, 706 zirehli döyüş maşını, 49 topu, 1 “Buk” ZRK-sı, 30 hərbi avtomobili, 2 gəmi/qayığı sıradan çıxarılıb. Rusiya çoxlu sayda canlı qüvvə itirib, yüzlərlə rus hərbçisi əsir düşüb.

Digər tərəfdən isə ABŞ və Qərb Rusiyaya qarşı beynəlxalq sanksiyaların sayını artırmaqla yanaşı, daha da sərtləşdirməkdədir. Hazırda Qərb Rusiyaya qarşı əsl mahiyyə-iqtisadi savaş açmış durumdadır. Rusiya ağır maliyyə və iqtisadi-ticari zərbələrə məruz qoyulur. Rusiyanın Mərkəzi Bankının 643 milyard dollar məbləğində aktivləri artıq dondurulub. Rus oliqarxları “qara siyahı”ya salınıb. Birbaşa onlara qarşı sanksiyalardan rus oliqarxiyasının maliyyə itkiləri yüz milyardlarla hesablanır. Üstəlik, rus oliqarxların əmlakları da müsadirə olunur və bu proses sanksiyalar sərtləşən xətt üzrə inkişaf etdirilir.

Nəhayət, ən radikal sanksiyaların sırasına aid edilən addımların atılmasına da başlanılıb. Belə ki, ABŞ, Avropa Birliyi ölkələri, Böyük Britaniya və Kanada bəzi Rusiya banklarının SWIFT-dən ayrılması barədə qərar qəbul edib. Bu, nə qədər ağır və dağıdıcı sanksiya olsa da, ABŞ və Qərb kifayətlənmək niyyətində deyil. Son olaraq, Qərb ölkələri bir-birinin ardınca öz hava məkanlarını Rusiyanın üzünə qapatmağa başlayıblar. Yəni, Rusiyanın sürətlə dünyadan təcrid edilməsi prosesi davam edir.

Təbii ki, Rusiya bu ağır zərbələrin əsas təsirini bir müddət sonra daha ciddi şəkildə hiss etməyə başlayacaq. Halbuki ilkin təsirlərin elə indidən hiss olunduğu da diqqətdən yayınmır. Belə ki, Kremlə bağlı olmayan Rusiya KİV-ləri ölkədə savaş əleyhinə etirazlar güclənməyə başlayıb. İddia olunur ki, Rusiyanın Belqorod bölgəsində 5 mindən artıq müqaviləli əsgər iğtişaş törədib. İğtişaşa səbəb, rus hərbçilərin Ukraynaya qarşı savaşda iştirakdan imtina etmələri olub. Yəni, Kremlin savaş siyasətinə qarşı etirazlar artıq hərbi dairələrə də sıçramağa başlayıb.

Son məlumatlara görə, Rusiya Dövlət Dumasının 250-yə yaxın deputatı ölkə rəhbərliyinə savaşı dayandırmaqla bağlı çağırış ediblər. Halbuki, cəmisi bir neçə gün öncə elə həmin deputatlar prezident Vladimir Putinin Ukraynaya qarşı savaş qərarını dəstəkləmişdilər. İndi isə bütün proseslər Kreml sahibinin əleyhinə çevrilməyə başlayıb. Belə vəziyyətin yaranmasında Yeltsin Fondunun və Qorbaçov Fondunun savaş əleyhinə çağırışlarının və israrlı fəaliyyətinin xüsusi rolu olduğu da iddia edilir.

Rusiya mənbələri prezident Vladimir Putinin mövcud durumdan çaşqın vəziyyətə düşdüyünü iddia edirlər. İddialara görə, Kiyev və Xarkov şəhərlərinin 2 gün ərzində ələ keçirilməsi barədə Rusiya ordusuna tapşırıq verilib. Ancaq ağır itkilər olacağını nəzərə alan Hava Desant Komandanlığı bu tapşırığa qarşı çıxdığı da bildirilir. Bununla belə, Rusiya ordusunun Baş Qərargahı bütün məsuliyyəti öz üzərinə götürüb. Halbuki son məlumatlar bu tapşırığı yerinə yetirməyin baş tutmadığını da təsdiqləyir.

Digər məlumatlarda isə prezident Vladimir Putinin öz yaxın ətrafı və nüfuzlu oliqarxlarla davamlı olaraq, mövcud situasiyanı müzakirə etdiyi bildirilir. Xüsusilə də, savaşa gündəlik xərclənən təxminən 20 milyard dollara yaxın maliyyə itkilərinin ciddi narahatlıq doğurduğu iddia olunur. Savaş uzandıqca isə bütün istiqamətlər üzrə itkilər böyüyür və fantastik rəqəmlərə yaxınlaşır.

Rusiyalı hərbi ekspertlər hesab edirlər ki, Kreml bu savaşa hazırlıqsız başlayıb. Böyük ehtimalla Ukraynanı və rəsmi Kiyevə veriləcək xarici dəstəyin əhatə dairəsini nəzərə almayıblar. Və qısa zaman ərzində qələbə qazanılacağına əminlik Kremldəkiləri bəzi reallıqlrdan uzaqlaşdırıb.

İndisə, reallıq özünü ən sərt üzü ilə Kremlin qarşısına çıxmaqdadır. Savaş uzandıqca, Rusiya daha ağır duruma düşür. Hətta hesab olunur ki, əgər, savaş 10 günə qədər uzanarsa, Kreml nüvə təhdidini yenidən ön plana çıxartmağa çalışsa da, böyük ehtimalla ABŞ və Qərbin Ukrayna tərəfindən gündəmə gətiriləcək şərtləri çərçivəsində danışıqlara başlamaq məcburiyyətində qala bilər. Ona görə də, Kremlin elə indidən rəsmi Kiyevi danışıqlar masası arxasına çəkməyə çalışması qətiyyən təəccüb doğurmamalıdır.

Ancaq böyük ehtimalla danışıqların məzmunu və nəticələri rəsmi Kiyevdən daha çox ABŞ və Qərbin mövqeyindən asılı olacaq. Əgər, Rusiya ABŞ və Qərbin maraqlarına uyğun qərarların qəbuluna razılaşarsa, yekun anlaşma əldə oluna bilər. Ancaq Kreml Rusiyanın hegemon mövqeyindən çıxış etməyə üstünlük verərsə, ABŞ və Qərb anlaşma inkanı tanımaz. Yəni, danışıqlar masası arxasında Rusiya və Ukrayna olsa da, müzakirə gündəliyi, eləcə də, əsas anlaşma şərtləri ABŞ və Qərb tərəfindən müəyyən edilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay