ABŞ-ın “Nyu-York Tayms” qəzetində kiyevli jurnalist, “Ukraynanın yeni səsi” adlı ingilisdilli xəbər saytının redaktoru Veronika Melkozerovanın “Mən Kiyevdəyəm. Bu, dəhşətdir” adlı məqaləsi dərc olunub.

Novator.az-ın məlumatına görə, müəllif Rusiyanın Ukraynaya hərbi hücumunu belə təsvir edir: “Fevralın 24-ü hava işıqlaşmamış partlayış səsinə oyandım. Çarpayıdan dik atılıb qalxdım. Fikirləşdim bəlkə yuxu görürəm? Amma daha bir güclü partlayış səsi eşitdim, ardınca bir partlayış da oldu. Kiyev silkələnirdi.

Telefona cumdum. Xəbərlərdə oxudum ki, Rusiya prezidenti Vladimir Putin ordusuna Ukraynaya hücum əmri verib. Bizi bombalamağa başlamışdılar.

İnternetim kəsildi, canıma üşütmə düşdü. Heç vaxt belə hiss yaşamamışdım. Elə bil kimsə, sanki Putinin özü ürəyimi tutub sıxırdı. Vahimə içindəydim və bu hiss hələ də məni tərk etməyib”.

Veronika Melkozerova yazır ki, Putin uydurma bəhanələrlə Ukraynanın üstünə ordu göndərib, halbuki ölkədə vəziyyət Rusiya prezidentinin iddia etdiyindən tam fərqlidir: “Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 43 faizi ruslarla döyüşməyə hazırdır və artıq ölkədə yüz mindən çox insan özünümüdafiə dəstələrinə qoşulub.

Ukrayna rəsmən bəyan edib ki, torpağımızın hər qarışı uğrunda mübarizə aparacağıq. Şərqi Avropa demokratiyalarından birinin qürurlu vətəndaşları kimi biz hərbi diktələrə tabe olmaqdan imtina edirik.

Putin xilaskar olduğunu, Ukraynanın bu hücumdan xeyir götürəcəyini iddia edir. Ancaq hətta Sovet İttifaqından, sovet dövründəki “sabitlikdən” ötrü burnunun ucu göynəyən, tipik sovet adamı olan 76 yaşlı nənəm də hesab edir ki, Putin başını itirib”.

Jurnalist bildirir ki, fevralın 24-ü səhər nənəsinə zəng edib, sənədləri götürüb evdən çıxmağın, daha təhlükəsiz yerə getməyin lazım olduğunu deyib. Nənəsi imtina edib, heç hara getməyəcəyini söyləyib.

Veronika Melkozerova yazır ki, bu, onu heyrətə gətirib və hədsiz narahat edib, çünki onun ailəsi ərindən, bir də nənəsindən ibarətdir. Əslində özünün də Kiyevdən çıxmaq fikrində olmadığını, amma hansısa məqamda belə bir məcburiyyət qarşısında qala biləcəyini, o halda nənəsini qoyub getmək düşüncəsinin belə onu dəhşətə gətirdiyini qeyd edən jurnalist daha sonra yazır: “Partlayış səsinə ayılandan və nənəmlə danışandan sonra küçəyə çıxdım. Küçələr adamla dolu idi. Kiyevin mən yaşayan hissəsi, yəni şimal hissəsi üçün bu, ənənəvi hal deyil. Amma indi burada başqa ab-hava hökm sürürdü.

Qonşular tələm-tələsik əşyalarını maşınlara yığırdılar, adamların digər bir qismi isə ərzaq mağazalarının və bankomatların qarşısında növbəyə durmuşdu.

İnsanlar həyəcanla, tələsə-tələsə hərəkət edirdi. Bəzilərinin çiynində iri səfər çantaları vardı. Heç kimin üzü gülmürdü.

Qonşu qadın məni saxladı, təşviş içində idi. Soruşdu indi biz nə etməliyik? Dedim ki, bilmirəm.

Ötən ilin oktyabrından media və hökumət Ukrayna yaxınlığında 190 minə yaxın hərbçi toplamış Kremlin işğala hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etsə də, qonşum Putinin buna həqiqətən cəsarət edəcəyinə inanmamışdı. Ona görə yaşadığımız məhəlləyə yaxın sığınacaq yerinin olub-olmadığı ilə qətiyyən maraqlanmamışdı, ərzaq ehtiyatı da toplamamışdı.

Mən qonşuma işğal vəziyyətində necə davranmaq haqqında bəzi sadə məsləhətlər verdim. Bildirdim ki, ev heyvanı ilə sığınacağa getmək ona çətin olar, ona görə sənədlərini götürsün və yemək-içmək ehtiyatı görsün. Başa saldım ki, aviasiya zərbəsi endiriləndə evdə olsa, ya dəhlizdə, ya da vanna otağında daldalansın.

Küçə boyu gedə-gedə ətrafda müxtəlif əhval-ruhiyyəli insanlar görürdüm. Bəzisi yanacaqdoldurma məntəqəsində növbə gözləyə-gözləyə mübahisə edirdi.

İnsanlar maşınları havalı sürürdülər – siqnal verə-verə, tələsə-tələsə… Hər dəfə güclü səs eşidiləndə hamı qorxa-qorxa göyə baxırdı, hər kəsə elə gəlirdi ki, bu, Rusiyanın döyüş təyyarələrinin səsidir.

Qara CİP-in yanında dayanmış, bir əli ilə qızının əlindən tutmuş gənc ana qışqıra-qışqıra telefonla danışırdı. “Hə, ana, biz gedirik. Biz çıxıb gedirik” deyirdi.

Evə döndüm. Xoşbəxtlikdən internetim bərpa olunmuşdu. Xəbərlərdə oxudum ki, rus qoşunları 2014-cü ildə ilhaq olunmuş Krımdan keçməklə Ukraynanın bir neçə şəhərini zəbt edib. Rus tankları ikinci böyük şəhərimiz olan Xarkova yaxınlaşmışdı, helikopterlərlə Xarkovun hava limanına zərbə endirilmişdi. Ruslar paytaxtın şimalında yerləşən Çernobılı da ələ keçirmişdilər. Vətənin müdafiəsinin ilk saatlarında 40-dan çox ukraynalı əsgər həlak olmuş, onlarca əsgər yaralanmışdı.

Canını fəda edənlər vətənə sədaqət nümunəsidir. Bu faciəli zaman Ukraynanın dözümünü, müqavimət ruhunu da üzə çıxarır. Putin nə deyir-desin, Ukrayna bizimdir”.

Jurnalist Veronika Melkozerova məqaləsini bu cümlələrlə bitirir: “Mənim 31 yaşım var. Ukrayna müstəqillik qazanan il anadan olmuşam. Bütün gəncliyim Rusiya təcavüzünün kölgəsi altında keçib. Putin əvvəlcə Ukraynanın Krım yarımadasını ilhaq etdi, sonra Donbas bölgəsində 14 mindən çox insanın ölümünə səbəb olan müharibəyə başladı. İndi isə Ukrayna uğrunda döyüşlər pik həddə çatıb.

Bu təkcə Ukrayna məsələsi deyil. Bu, demokratiya ilə avtokratiya, azadlıqla diktatura arasında mübarizədir və onun nəticəsi bütün dünyada hiss olunacaq. Bu təkcə bizim mübarizəmiz deyil. Ona görə, lütfən, bu mübarizədə bizi tək qoymayın”.

2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir.

Mənbə: Nytimes.com

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay