“Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var”

“Azərbaycan tərəfindən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının konkret vaxtı təyin olunmalıdır”

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı təxribatlar davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun mövqeləri vaxtaşırı ermənilər tərəfindən atəşə tutulur.

Bundan əvvəl, fevralın 4-də isə separatçılar Rusiya sülhməramlılarının çətiri altında Ağdam istiqamətində səngərlər qazmağa başlayıblar. Caliber.az-ın əldə edərək yaydığı görüntülərdə erməni separatçılarının rusların müşayiəti altında işlədikləri aydın görünür. Azərbaycan hökuməti iki gün sonra elə həmin Caliber.az-ın dili ilə belə təxribatlara göz yummayacağın tərəflərə bəyan edir və terrorçulara qarşı “sıfır tolerantlıq” siyasətinin sona çatdığını bildirib.

Xəbərdarlığa baxmayaraq, üzərindən 10 gün keçəndən sonra erməni tərəfi yenidən səngər qazmağa başlayır. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması yayılır. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib: “Bölmələrimiztərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.

Ardınca isə erməni mənbələri Azərbaycan əsgərlərinin atəş açması nəticəsində bir hərbçinin ağır yaralandığını bildiririr. Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə açıqlamanın təxirbat olduğunu, qarşı tərəfə atəş açmadığını bəyan edib.

Fevralın 16-da ermənilərin daha bir təxribatı haqqında məlumat yayıldı. Belə ki, Tərtərin Suqovuşan yaşayış məntəqəsindən çıxıb Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil kolonu Ağdərədən keçərkən dayandırılıb. Mülki paltarda olan təxminəm 200-ə yaxın erməni yük maşınlarının hərəkətinə imkan verməyib. Hətta sülhməramlıların qətiyyətsiz müdaxiləsi belə, kömək etməyib və yük maşınları yenidən Suqovuşana qayıdıb.

Bir neçə gün əvvəl isə qondarma “Artsax təhlükəsizlik şurasının” yaydığı məlumata görə, fevral-may aylarında rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi açıqlanıb. Təlimlərdə qondarma “dövlət idarəetmə orqanlarının”, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəkləri bildirilib.

Baş verən təxribatları şərh edən politoloq Zərdüşt Əlizadə bildirir ki, bölgədə vəziyyət qeyri-sabitdir: “Eşidəndə ki, hardasa Ermənistan mövqelərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub sizin beyninizdə hansı təsəvvür yaranır, fikir formalaşır? Demək bölgədə vəziyyət qeyri-sabitdir, müharibə təhlükəsi var”.

Zərdüşt Əlizadənin fikrincə, bu da müharibə istəməyən bəşəriyyətin rus sülhməramlılarının bölgədə qalmasını dəstəkləməsinə səbəb olur.

Politoloqun sözlərinə görə, əslində isə atəşkəs rejimi Rusiyanın göstərişi ilə pozulur: “Çünki bu atışmalardan nə Ermənistana, nə də Azərbaycana xeyir gəlir”.

Zərdüşt Əlizadə qeyd edir ki, Rusiya bölgədə vəziyyətə nəzarət etdiyindən, ə atəşkəsin pozulması halında həm erməni, həm də Azərbaycan tərəfə təzyiq imkanı əldə edir: “Rusiya isə öz siyasi məqsədinə çatır. Əslində azərbaycanlılarla ermənilərin birləşməsinin siyasi nəticəsi odur ki, rus getməlidir. Ona görə biz barışmamalı, düşmən olmalıyıq. Ona görə başıboş Azərbaycan jurnalistləri erməniləri, başıboş erməni jurnalistləri isə azərbaycanlıları söyür. Buna da rus baxıb sevinir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, baş verənlərə görə Rusiyanın ciddi məsuliyyəti var: "Məgər biz bunları görmürük? Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var. Burada mən bayaq dediyim iki taktikanın qarşı-qarşıya gəldiyini görürük. Bir tərəfdən biz qayıdırıq, möhkəmlənirik, buna qarşı da Rusiya Fövqəladə Hallar Nazirliyi ermənilərə ev tikir, su borusu çəkir. Amma ermənilər qaçır. Yəni mübarizə davam edir, sadəcə başqa formada".

Onun sözlərinə görə, Azərbaycanın problemləri Rusiya qarşısında qaldırmasından sonra Moskva sözdə buna əməl edəcəyinə söz verəcək, amma əməldə “yox” deyəcək:"Biz buna hazır olmalıyıq. Beynəlxalq münasibətlərdə səmimilik, etibar olmur. Rusiya istəyər ki, ona qarşı çıxan güclü bir ölkə yaranmasın. Ukraynaya baxın. Qərb onu Rusiyaya qarşı necə istifadə edir. Ukraynanın əli ilə Rusiyaya təzyiq edirlər. Yəni hər kəs öz oyununu oynayır".

"Biz nə vaxta qədər gözləməliyik? Bu, nə qədər davam edəcək" sualına cavabında T.Zülfüqarov deyib: "Müharibəni nə vaxt başlamaq qərarı veriləndə bu sualın cavabı tapılacaq. Mən Azərbaycanın iki-üç günlük antiterror əməliyyatları aparacağını istisna etmirəm. Bəlkə də Rusiya hansısa mərhələdə göz yumub belə əməliyyatın baş tutmasına imkan yaradar ki, digərlərinə dərs olsun. Yəni mənsiz sən heç nəsən. Ola bilər ki, Araik itaətdən çıxıb. Bəyəm Rusiya öz dostlarını satmır? Əlbəttə, satır. Mən istərdim ki, daha təmkinli iş görək, itkilərimiz olmasın, Araik də həbsxanada yatsın".

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"ya bildirib ki, Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazilərdə baş verən qanunsuz hərəkətlər barəsində Azərbaycanın indiyədək şifahi iradlarının real nəticəsi olmadığından, xəbərdarlıq formasına keçilməli və ictimailəşdirilməlidir.

Onun sözlərinə görə, paralel olaraq qarşı tərəfin münasibət bildirməsi, yəni cavabı da tələb olunmalıdır: “Qayıdan maşın karvanı ləngimədən qeyd olunan marşrut üzrə hərəkətinə davam etməli və heç bir şərt olmadan sülhməramlılardan karvanın son məntəqəyə çatmasının təhlükəsizliyi tələb olunmalıdır. 10 noyabr bəyanatında erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması maddəsi var. Azərbaycan tərəfindən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının konkret vaxtı təyin olunmalıdır. Buna əməl edilmədiyi təqdirdə isə genişmiqyaslı anti-terror əməliyyatı keçirməyin onun müstəsna hüququ olduğunu bəyan edilməlidir”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay