Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb. Hələ 1999-cu ildən bu Kollecə Balamirzə Məmmədov direktorluq edib. Demək olar ki, təhsil müəssisəsini Şirvan şəhərində o yaradıb. Yəqin ki, həmin dövrdə Dövlət Neft Şirkətində mühüm vəzifələrdən birini tutan mərhum bacısı oğlu Yavər Camalovun geniş əlaqələri hesabına.

Hazırda isə kollecdə direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov daşıyır. Onun rəhbərliyi altında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hazırda tədris və təlim-tərbiyə prosesinin hansı səviyyədə təşkil edildiyi barədə bir şey deyə bilmərik. Amma 2014-cü ildə Təhsil Nazirliyinin burada apardığı yoxlamaların nəticələri ilə sizi tanış edə bilərik. Belə ki, nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.

Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Göründüyü kimi tədrisin keyfiyyətində problemlər Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hələ 2014-cü ildən olub. Hazırda isə burada imtahan sessiyalarına, tələbələrin biliklərinin qiymətləndirilməsinə fərqli, nisbətən loyal bir yanaşma var. İmtahanlarda pul yığımı kompaniyası kollecdə o qədər geniş vüsət almayıb. Amma dövlət vəsaitlərindən də səmərəli istifadə qaydalarına əməl olunmur. Bunu aktualinfo.org-un apardığı araşdırmalarda aşkar etdik. Belə ki, kollecə zəruri olan mal-materialların və xidmətlərin satınalmaları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmir. Burada kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilir, habelə bağlanmış müqavilələr saxtalaşdırılr.

Məsələn Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən 15.07.2021-ci il tarixdə elan olunmuş əsas vəsaitlərin qiymətləndirilməsi, 07.07.2021-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 07.07.2021-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlığın satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid portalında heç bir məlumata rast gəlinmir. Bu isə o deməkdir ki, Kollecinin Tender Komissiyası satın alınan mallar (xidmətlər) üçün ayrılan vəsaitlərin süni şəkildə şişirdilməsinə yol verir, özlərinə yaxın şirkətlərlə əlbir olub büdcə vəsaitlərini təyinatından kənarlaşdırır.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu görəsən nə ilə bağlıdır. Qanunları saymamaqla, yoxsa…

Bizdə belə təəssürat yarandı ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan qanunlarının çoxu işləmir. Çünki qanunla nəzərdə tutulmuş qaydada Kollecin Tender Komissiyasına ünvanladığımız sorğuya belə cavab verilmədi.

Göründüyü kimi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində problemlər həmişə movcud olub. Mikayıl Cabbarovun Təhsil nazirliyində Kollecdə özbaşınalıq hallarının qarşısı hardasa alınıb. Amma gənc, elə hal-hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrı kimi tanınan, islahatçı nazır Emin Əmrullayevin sözügedən nazirliyə rəhbərliyi dövründə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıq və korrupsiya halları daha da artıb. Bunun qarşısı nə vaxt alınacaq? Kim alacaq? Artıq vaxtı deyilmi Emin Əmrullayev?

ARDI VAR

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay