Gündəm / Şou-biznes
10.02.2022, 13:14
Daha bir deputat ÖLKƏ GÜNDƏMİNDƏ: "Pişik" Günelə ev bağışlayıb? - AÇIQLAMA + VİDEO
"Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin gedim baxım görüm necə evdi?"
QAYNAR.MEDİA AZXEBER.COM-a istinadən xəbər verir ki, bu sözləri tanınmış müğənni Günel Ələkbərova ona deputat Ağalar Vəliyevin ev hədiyyə etməsi xəbərinə münasibət bildirərkən deyib. O "tiktok"da jurnalist Məhəmmədəli Qəriblinin məsələ ilə bağlı sualına belə cavab verib:
"Bəlkə də 8 marta mənə sürpriz hazırlayırdılar, jurnalistlər bu sürprizi pozdu (gülür)".
Müğənni hazırda "Kristal Abşeron"da yaşadığını da bildirib:
Hazırda Biləcəridə yerləşən "Kristal Abşeron"da yaşayıram, ancaq bu evi heç kim mənə hədiyyə etməyib, özüm almışam. 24 min manat da borcum qalıb, ipoteka ilə ödəyirəm"
Həmin videonu təqdim edirik:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay