“Zakir Qaralovla Rüstəm Usubov həbs olunsun, yoxsa bir general öldürəcəyəm” - ŞOK TƏLƏB

“Zakir Qaralovla Rüstəm Usubovun da həbsini tələb edirəm”.

Qaynarşmedia ın ovqat.com-a istinadən məlumatına görə, bu tələb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəis müavini Əfsəl Xanlar oğlu Həsənəliyevin ölkə başçısı İlham Əliyevə göndərdiyi açıq məktubunda irəli sürülür.

Sabiq polis əməkdaşı məktubunda keçmiş MTN rəhbərliyinin Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovla nevə əlbir olub Əfsəl Həsənəliyevə torba tikmələrindən bəhs edib. O vurğulayıb ki, əgər başına gətirilən oyunlar öz hüquqi qiymətini tapmasa, şikayətçi “cinayətkarlardan” heç olmasa birini öldürəcək. Məktubda irəli sürülən iddialar kifayət qədər ciddi olduğundan biz onu olduğu kimi dərc edib hüquq mühafizə orqanlarının diqqətinə çatdırmağı məsləhət bildik.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyeva

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Rəisi Əli Nagıyev Cənablarına

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə

Azərbaycan Republikasının vətəndaşı Əfsəl Xanlar oğlu Həsənəliyev tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Möhtərəm cənab prezident,

Ömrümün 40 ilini hüquq mühafizə orqanlarında çalışmışam. Sonuncu iş yerim Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsi olub.

Hüquq mühafizə orqanlarında çalışdığım dövrdə mən dəfələrlə təltif edilmişəm, xidmətlərim DİN rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. Mən dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olub ailəmin, nəvələrimin rifahı üçün çalışmışam.

Hörmətli cənab prezident,

Sizə bu ərizəmlə müraciət edib baş vermiş cinayət və cinayətkarlar barəsində rəsmi olaraq məlumat vermək istəyirəm. Cinayəti gizlətmək və cinayətkarı məsuliyyətdən yayındırmaq özü də bir ağır cinayətdir.

Kecmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov mənə qarşı cinayət törədiblər və onların cinayətləri barəsində Sizə rəsmən məlumat vermək istəyirəm.

Mən, 10 ildir haqqımı tələb edirəm. 10 ildir prokurorluğa, məhkəmələrə üz tutub barəmdəki saxta, haqsız və əsassız ittihamla çıxarılmış hökmün ləğvini, məndən rüşvət kimi alınan pulumun, malımın qaytarılmasını tələb edirəm.

Möhtərəm prezident,

Bu gün mən, bu yaşımda evsiz-eşiksiz qalmışam, məni eşidib dinləyən yoxdur.

Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb iş adamlarına qarşı amansız divan tutur. İş adamlarını girov götürüb ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayırlar.

2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edə bilərlər. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşınının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub zorla, zor tətbiq etməklə həyasızcasına zorakılıqla yük maşınını onlardan almaqla MTN-in müvəqqəti saxlanc yerinə aparıblar.

Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib və bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsini sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanladığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir.

Möhtərəm cənab Prezident,

Həmin məktubunda Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə yazırdı ki, Əfsəl Həsənəliyev və digər saxlanılan şəxslər tam qanuni şəkildə, Gürcüstandan aldıqları malı Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq yük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb orada satmaq niyyətində olublar.

Əsgər Abdullayev də təsdiq edirdi ki, bizim bu hərəkətimizin adı cinayət yox, ticarət olub!

Başda Mövlam Şıxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər?

İlk növbədə 1 yük maşını olan malımızı ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü qaçaqmal elan edib özləri mənimsəyib Azərbaycan ərazisində satdırıblar! Bu işdə Mövlam Şıxəliyevin cinayət ortaqlarının adlarını da yazıram: Mövlam Şıxəliyevin biznes şərikləri Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov.

Bu gün də 660 min manat dəyəri olan malımızın harada olması sualı açıqdır. Araşdıran yoxdur, hüquqi qiymət verən yoxdur! Yenədə prokurorluq hayasızcasına cinayəti gizlətmək və cinayətkarı məhsulliyətdən yayındırmaqla məşquldurlar!!!

Möhtərəm cənab prezident,

Mən, rəhmətlik atanız, Heydər Əlirza oglu Əliyevin hakimiyyəti dövründə hüquq mühafizə orqanında çalışmışam. Onun sağlığında heç kəs cürət edib bu cinayətləri etməzdi, çəkinərdi, qorxardı. Bilərdi ki, təxirə salınmadan cəzaya çatdırılacaq.

Sizdən xahiş edərəm ki, bizdən zorla alınan malımızın harada olmasını müəyyən edilməsi üçün Baş Prokurorluğa tapşırıq verilsin, malımızı qaytarsınlar.

Bizə qarşı cinayət törətmiş, lakin bu gün istintaqa cəlb olunmayan keçmiş baş prokuror Zakir Qaralov, onun 1-ci müavini olmuş Rüstəm Usubov, MTN-də müstəntiq vəzifəsində işləmiş Nadir Mustafayev, elə orada İdarə rəisinin müavini olmuş Təhsin Ağayev istintaqa cəlb olunsunlar, cəzalarını alsınlar.

Bu adamlar bizə qarşı “qanlı cinayət” işlədiblər. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü.

Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı.

Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da həbsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Təhsin Ağayevlə Nadir Mustafayev də bizlərə qarşı cinayətin törədən mütəşəkkil cinayətkar quldur dəstənin əsas fəal üzvlərindən olublar.

Mən Zakir Qaralovun qəbulunda olanda mənim yanımda idarə rəisi Vüqar Nəsibovu ayağa qaldırıb bildirdi ki, Vəkillər Kollegiyasının sədri Anar Bagırova mənim adımdan tapşırın ki, Əfsəl Həsənəliyevin vəkilləri Xavər Həsənova Arif Həbibzadəni tapıb prokurorluga göndərsin, Əsfəl Həsənəliyevdən rüşvət alınması epizodu üzrə vəkillərin verdiyi ifadəni təkzib elətdir. Bu bəyəm cinayət deyil!

Əlimi yelləyib Zakir Qaralova dedim ki, siz MTN-də baş verən cinayəti araşdırmırsız, cinayəti ört-basdır edirsiz.

Zakir Qaralovun cinayətkar tapşırıgına icra etdilər, hər 2 vəkili tapdılar, onları da məcbur etdilər ki, ailəmdən alınan rüşvətin MTN-çilərə verilməsini təkzib etsinlər.

Eldar Mahmudov başda olmaqla Mövlam Şıxəliyevgil MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. Beləcə barəməzdəki qondarma, saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri, hakim Kəramət Əliyev bizə qarşı saxta ittihamı hökmə çevirib bizi məhkum etmişdi. Siz MTN-dəki cinayət yuvasını dağıdandan sonra Kəramət Əliyev məndən aldığı rüşvəti qaytardı. Əlimdə bunu edən səs yazıları, sübutlar var.

Hörmətli prezident,

5 ay həbsdə saxlamaqla mənim başıma müsibət açdılar. Başıma torba kecirib qolum qandallı gəzdiriblər. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman müstəntiq Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimata Zakir Qaralovla Rüstəm Usubov qol çəkib imza atıblar. Ona görə də, pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onlara hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutub 2 saata pulunu alaq, səndən əl çəkək.

Möhtərəm cənab prezident,

Bu adamların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər.

Məni məcbur etdilər ki, evimi “Unibank”a girov qoyum və pulu alıb MTN-dəki quldur dəstəyə verim.

Möhtərəm cənab prezident,

Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurduqları maddi və mənəvi ziyana görə Zakir Qaralovun, Rüstəm Usubovun, Təhsin Ağayevin, Nadir Mustafayevin də Mövlam Şıxəliyev və Yasin Məmmədov kimi istintaqa cəlb edilərək çox sərt şəkildə cəzalandırlmalarını tələb edirəm.

Əks halda, yaşımın bu çağında mənə qarşı cinayət törətmiş şəxslərlə bağlı özüm tədbir görməli olacağam. Mənə qarşı cinayət törətmiş generalların birini öldürəcəyəm.

Hörmətli prezident,

Pulumun, malımın qaytarılmasına köməklik etmənizi, təmiz adımın qaytarılmasını, barəmdə çıxarılmış saxta hökmün ləğv edilməsini Sizdən xahiş edirəm.

İmza: Əfsəl Xanlar oğlu Həsənəliyev

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay