Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanım kimdir? - İLGİNC FAKTLAR

Ötən il, elə bu vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə hələ vəzifə başında olarkən dövrü mətbuat demək olar ki, hər gün keçmiş sədrin sərvəti barədə yeni məlumatlar yayırdı. Nəhayət aprel ayında Əhməd Əhmədzadə tutduğu vəzifədən kənarlaşdırıldı. Amma “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti yerində qalır. Əvvəlki illərdə olduğu kimi, Əhməd Əhmədzadədən sonra da, ölkədə kənd təsərrüfatının, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin keyfiyyətlə aparılması məqsədi ilə dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılır. İndi ki, Əhməd Əhmədzadə yoxdu. Həmin pullar indi hara gedir?

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hesablama Palatası hər il büdcə təşkilatlarında apardığı yoxlamaların nəticələri barədə açıqlamalar verir. Belə açıqlamalarda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların da adı tez-tez keçir. Təkcə 2021-ci ildə Palata tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı – Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.

Maraqlıdır Hesablama Palatası bu günə qədər Ağsu Suvarma Sistemləri İdarəsinin fəaliyyətini araşdırıbmı və yaxud araşdırarsa nələr üzə çıxa bilər?

Aktualinfo.org ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli sözügedən idarə tərəfindən keçirilmiş bir sıra tender prosedurları ətrafında kiçik bir araşdırma aparıb. İdarənin istismarında olan ərazi və texnikalar barədə məlumatlar əldə edə bilməsək də, buraya il ərzində ayrılmış dövlət vəsaitləri barədə müəyyən məlumatlar tapa bilmişik.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ağsu Suvarma Sistemləri İdarəsinin 2021-ci ildə müxtəlif malların və xidmətlərin satınalması üzrə keçirilmiş tender prosedurlarının nəticələri açıqlanmış, ümumi olaraq 1 130 520 manat məbləğində müqavilələrin bağlanıldığı görsənir. Burada daha çox vəsait isə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib olduğu tenderlərə ayrılıb. İdarə 2021-ci ildə yalnız əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 570 787 manat dövlət vəsaiti ayırıb.

Apardığımız araşdırmalar zamanı Ağsu Suvarma Sistemləri İdarəsi ilə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki illərdə də işbirliyi olduğu ortaya çıxdı. Belə ki, İdarə 2020-ci ildə də əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 428 974 manat vəsait ayırıb.

2019-cu ildə isə yenə də tikinti materiallarının satınalınmasına və maşın və mexanizmlərə ehtiyat hissələri və sürtkü yağlarının satınalmasına “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 402 821 manat dövlət vəsaiti ayrılıb.

Bu isə son 3 il ərzində görülən, yaxud da kağız üzərində aparılan işlər üçün “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 402 582 manat dövlət vəsaitinin ödənilməsi deməkdir. Lakin qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Tender Komissiyasının daim üstünlük verdiyi “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində 12.02.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24, qanuni təmsilçisinin isə Rəhimova Narıngül Əli qızı olduğu göstərilir.

Göründüyü kimi, Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası keçirdiyi tenderlərin çoxunu ancaq maddi texniki bazası, kadr potensialı məlum olmayan bir nəfər qadının adına yaradımış MMC ilə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Kimdir Ağsu Suvarma Sistemləri İdarəsinin bütün işlərini həyata keçirən Narıngül Rəhimova? Həm tikinti materialları alır, həm maşın və mexanizmlərə ehtiyat hissələri alır, həm də təmir işləri görür?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24 qeyd edilmiş MMC-nin qanuni təmsilçisi Rəhimova Narıngül Əli qızı MSK-nın seçicilərin siyahısında AĞSU ŞƏHƏRİ, M.Ə.SABİR KÜÇƏSİ, ev 6 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Təvəllüdü isə 1952-ci ildir.

Olmaya 70 yaşlı bu xanım Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun qohumudur? Dövrü mətbuatın yazdığına görə Səfər Məmmədova məxsus olduğu bildirilən “Girdman” MMC-də tenderlərdə tez-tez qalib olurmuş. Son illər isə İdarənin keçirdiyi tenderlərin qalibi göründüyü kimi Narıngül Rəhimovanın qanuni təmsilçisi olduğu “ŞÜKRAN-2002” MMC olur. Bu isə birbaşa şərik deməkdir. Yəni, Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik. Yaxud da, idarənin rəisi Səfər Məmmədovun gəlirlərlərinə şərik. Kim necə istəyir, elə də başa düşə bilər. Amma faktiki olaraq bu 70 yaşlı xanımın qanuni təmsilçisi olduğu MMC-nin hesabına 3 il ərzində milyon yarım manat civarında dövlət vəsaiti köçürülüb. Buradan nə qədər “otkat” qaytarılıb, nə qədəri işə sərf olunub bəlli deyil.

Burada qanun nə deyir? Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur. Bağlanmış müqavilələrdən də göründüyü kimi Ağsu Suvarma Sistemləri İdarəsi bir nəfərə məxsus, MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yolverilməzdir.

Xüsusilə qeyd etmək istərdik ki, keçirilən bir neçə tenderdən başqa əvvəlki illərdə də Meliorasiya və Su Təsərrüfatı ASC Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələblərinin pozulması deməkdir.

Qanun da bunları deyir. Görəsən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan, yeni sədri Zaur Mikayılov bu barədə nə fikirləşir. Hazırda əyləşdiyi kabinetə o da biznesdən gəlib axı. Görəsən Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanımı tanıyırmı? Belə “biznesmen” xanımların “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlarla işbirliyi çoxdur axı.

Aktualinfo.org

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay