Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley xərcləri... - İLGİNC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubilyei ilə bağlı elan etdiyi müsabiqələrin qalibləri “Beynəlxalq Layihələr Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “Azərbaycan Film Akademiyası” MMC olub. 09.12.2021-ci il tarixdə start götürən müsabiqələrə 21.02.2022-ci ildə yekun vurulub.
“Beynəlxalq Layihələr Xidməti” MMC Azərbaycan Dövlət Pedaqoji Universitetinin sifarişi ilə 100 illik yubileyin təşkili üzrə xidmətləri həyata keçirəcək və qarışılığında 56463 manat alacaq.

“Azərbaycan Film Akademiyası” MMC isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin sifarişi ilə 100 illik yubiley ilə bağlı sənədli filmin çəkilişini həyata keçirəcək və qarışılığında 23280 manat alacaq.

Bu əməkdaşlıqlar barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Azərbaycan Dövlət Pedaqoji Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) Azərbaycan Dövlət Pedaqoji Universiteti bu MMC-ləri seçib və toplam 79743 manat büdcə vəsaitini etibar edib...

Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Həm də, tələm-tələsik-bir ay ərzində???

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru hörmətli Cəfər Cəfərova elektron sorğu ünvanladıq. Qarşı tərəfin cavabı isə belə oldu: 24.01.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinə ünvanlamış olduğunuz elektron sorğuya cavab olaraq bildirmək istəyirik ki, universitetin 100 illik yubiley mərasiminin keçirilməsi ilə bağlı “Beynəlxalq Layihələr Xidməti” MMC və sənədli filmin çəkilişi üçün “Azərbaycan Film Akademiyası” MMC ilə müqavilə imzalamaq məqsədilə “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmuş, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müraciətə aidiyyəti üzrə baxılaraq bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verilmişdir.

Göründüyü kimi, cavabı ətraflı, qaneedici saymaq çətindir... Ünvanladığımız 6 sualın heç birinə cavab ala bilmədik(?)

“Beynəlxalq Layihələr Xidməti” MMC ilə əlaqə yarada bilmədik. Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmədik(?) “Azərbaycan Film Akademiyası” MMC ilə isə əlaqə yarada bilsək də, suallarımıza cavab verə biləcək məsul şəxslə danışa bilmədik.

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay