"Bu, "Azərqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?" - NARAZILIQ!

“...Bizdə zibilatma mədəniyyəti inkişaf etməyib ve belə görünür, heç etməyəcəkdə. Nə vaxta qədər ki, evdən çıxarılan zibil torbaları basketbol topu kimi uzaqdan zibil konteynerinə atılacaq, su şüşələri avtobusda, metroda oturacaqların künc-bucağına soxuşdurulacaq, uşaq pampersləri zibil konteynerlərində yox, mina kimi yolumuzun üstə peyda olacaq, onda çətin bizdə nəsə irəliləyiş olsun”.

Qaynar.media-ın məlumatına görə, bunu qaldığı binanın blokunun önünə zibil torbaları atılmış Bakı sakini Bizimyol.info saytına müsahibəsində deyir. Həmin binadan bir neçə metr aralıda zibil atmaq üçün iri konteynerlər yerləşdirilsə də, niyəsə zibillər ora yox, binanın önünə toplanıb. Sakinin bildirdiyinə görə, konteynerlərə yığılan zibillər bəzən elə olur ki, bir neçə gün yığışdırılmır və ətrafı üfunət götürür:

“Yayda bir də görürsən, zibillər yığıldı, oldu dağ boyda. Gəlib, yığışdıran da olmur. İy basır hər yeri. İndi qışdır deyə, çox da hiss olunmur. Amma yay ki, gəldi, iydən durmaq olmur. Bunları qoyaq bir yana, bizim öz millətimizdə zibilatma mədəniyyəti demək olar ki, yarımçıq inkişaf edib. Uzaqdan durub, zibili tullayırlar. Sanki yaxınlaşıb atsalar, rütbədən, hörmətdən düşəcəklər. Həm də bunun özü bir mədəniyyətsizlik göstəricisidir. Çox vaxt da atırlar, heç gedib konteynerə düşmür, kənara düşür. Yaxınlaşıb götürmürlərdə. Bircə şeyi bilirik – çörəyi zibilə atmaq olmaz. Qalıb, bayatlaşan çörəyi zibilə atan görmərsən, hamısı gətirib, sellofanda konteynerin bir yerinə asırlar, toyuq-cücəsi olan gəlib götürür. Çünki balacalıqdan belə dərk etmişik ki, çörəyi zibilə, ayaq altına atmaq, tapdalamaq olmaz, çünki günahdır. Ancaq bu, yalnız çörəyə aiddir, ondan başqa əlimizə nə keçsə, haragəldi atmaqda bizdən mahiri yoxdur”.

Adını bəh-bəhlə hallandırıb, orda yaşamağı xəyal etdiyimiz Avropa ölkələrində zibilatma mədəniyyəti deyilən bir anlayış mövcuddur. Bu ölkələrdə hər hansısa istifadə müddəti bitmiş, lazımsız, tullantı hesab ediləcək əşyaları yaşayış yerlərində, hətta heyvanların yaşadığı ərazilərdə və təbiət qoynunda haragəldi, necəgəldi atan insanlar ictimai qınağa tuş gəlir, sərt şəkildə qınanır və hətta sakinlərin həmin insanı polisə şikayət etmə haqları belə var. Bu ölkələrdə zibillər müxtəlif çeşidlərə bölünərək, fərqli konteynerlərə atılır. Məsələn, kağız, kardon, şüşə, plastik və metal tullantılar öz adlarına uyğun zibil konteynerlərinə atılır. Daha sonra isə onlar təkrar emala göndərilirlər.

Azərbaycanda da bu sistem bir neçə ildir tətbiq olunmağa başlasa da, təəsüf ki, bu qaydaya riayət edən çox az adam var. Paytaxtın kənar rayon və qəsəbələrində isə buna rast gəlmək çətindir. Söhbət paytaxtın təmiz küçələrindən düşmüşkən, Azərbaycanda ən təmiz küçə və prospektlərin Naxçıvanda olduğu qeyd edilir. Orda yaşayan və yolu tez-tez Naxçıvana düşən vətəndaşların bildirdiyinə görə, Muxtar Respublikanın şəhər və rayonlarında, hətta kəndlərində belə kağız, kardon, şüşə, plastik və metal tullantılar üçün xüsusi zibil konteynerləri yerləşdirilib. Burada həftənin hər bazar günü iməcilik tədbirləri keçirildiyindən, yollarda və küçələrdə səliqə-səhman hökm sürür. Bəziləri bunu əhalinin azlığı ilə əlaqələndirsə də, şəhərdə və eləcə də muxtar respublikanın rayonlarında bir neçə addımdan bir iri zibil qablarına rast gəlməyi təmizliyə xüsusi diqqət ayrıldığının bariz nümunəsi hesab etmək olar.

İndi isə, bir qədər xarici ölkədən sitat gətirək: Məsələn, İsveçrədə bu proses bir qədər fərqlidir. Eyni zamanda, bu ölkədə zibillərin 96%-i təkrar emal və istifadə edilə bilir. Onlar bu zibillərlə 250 min evin istilik və isinmə ehtiyaclarını qarşılayırlar. Bəs Azərbaycanda bu üsul nə qədər keçərli ola bilər? Sakinlərdən biri bildirir ki, tullantılarla istilik sistemi təchizatı yaratmaq “Azərqaz”ın çörəyinə bais olmaqdır: “Məncə, zibili küçəyə atmaq qədər onu yandırıb, tüstüsünü havaya buraxmaq da bir o qədər yanlışdır. Onsuz da aldığımız oksigen kifayət qədər təmiz deyil, bir də hər gün yanan zibillərin tüstüsü havaya qarışaraq insanları və digər canlıları pis günə salar. İkinci növbədə buna bir sayğac qoymaq lazım olacaq ki, dövlət ordan da gəlir əldə etsin, bu da çətin məsələdir. Yanan zibilə nə sayğac qoyacaqsan? Həm də bu “Azərqaz”ın, “Azəristiliktəchizat”ın çörəyini əlindən almaqdır. Bizdə o qədər problemlər var ki, bu kimi problemləri sondan birinci hesab etmək olar. İnanın, təkcə yerə tüpürməsək və tullantıları lazımi yerlərə atmağı bacarsaq, gerisi yavaş-yavaş gələcək. Hələ ilk öncə fundamental, etik zibilatma qabiliyyətinə malik olaq, ondan sonra tullantılardan istilik sistemləri, nə bilim plastik şüşələrdən adalar düzəltmək fikrinə düşərik”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay