"İcra hakimiyyətinə deyirəm ki, azyaşlı uşaqlarımla çölə atılıram, amma..." - GİLEY

“Yataqxanadan çıxarırlar, iki azyaşlı uşaqla getməyə yerim yoxdur, üstəlik, işsizəm. Müharibədən qayıdandan sonra əvvəlki işlə məşğul olmağa səhhətim imkan vermir. Çarəsiz qalmışam”.

Saatlı sakini Ayaz Əzizovun 31 yaşı var. İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. 2013-cü ildən rayonun Mirağa Ağayev küçəsində yerləşən yataqxanada yaşayır. Deməsinə görə, onun və ailə üzvlərinin yataqxanada sığındıqları mənzili tərk etmələri üçün martın 10-dək möhlət verilib. Ayaz Əzizov danışır:

“2013-cü ildə ailəmlə getməyə yerim olmayanda bizi bura əvvəlki icra başçısı yerləşdirmişdi. 2015-ci ildə Famil adlı şəxs bizim buradan çıxarılmağımız iddiasıyla məhkəməyə müraciət etdi. Guya bu mənzilin mülkiyyətçisidir. Məhkəmə də iddianı təmin etdi. Halbuki, sənədi saxtadır, bu yataqxanada 10 ailə yaşayır, heç kimin mülkiyyətçi sənədi yoxdur. Çünki bu yataqxanadakı mənzillərə “Çıxarış” verilmir. Mən onun o sənədi hansı yolla aldığını da yaxşı bilirəm. Ancaq təəssüf ki, indiki vaxtda kimin pulu, imkanı varsa, qanun da onun tərəfindədir. O sənədin saxtalığını sübut etmək üçün gərək mənim də məhkəmələrə tökməyə pulum olsun. Pulum olsa, elə bir otaq tikib ailəmi içərisinə yığaram, daha məhkəmələrə, hakimlərə niyə xərcləyim ki?..”

“Müharibədən qayıdandan işsiz qalmışam”

Ayaz Əzizov müharibədən qayıdandan sonra özünə iş tapa bilmir:

“Müharibədən əvvəl maşınyuma yerində işləyirdim. Müharibəyə getdim, böyrəklərim, ciyərlərim sıradan çıxdı. Qayıdandan sonra əvvəlki iş yerimdə çalışmağa səhhətim yol vermədi. İcra hakimiyyətinə gedirəm, deyirəm, qaldığım yerdən də azyaşlı uşaqlarımla çölə atılıram, ya kömək edin, bir otaq tikim, balalarımı yığım ora, ya da mənə uyğun bir verin, işləyim, özüm material alım, o otağı tikim. Mən iki uşaqla küçədə qalmalı deyiləm axı…”

Ayaz Əzizovun sözlərinə görə, həyat yoldaşı xadimə işləyir, aylıq məvacibi az olduğuna görə, dolanışıqlarına çatmır. Üstəlik, banka kredit ödəyir:

“Kiçik bir torpağımız var, istədik orada balaca bir otaq tikib köçək, ancaq yoldaşımın bankdan götürdüyü kiçik məbləğ heç daşa da çatmadı, gətirib daşı tökdük əraziyə, elə də qaldı. İndi bilmirik yoldaşımın maaşıyla kredit ödəyək, yoxsa ailəni saxlayaq”.

“Deyirlər, sənə kömək etmək kimi vəzifəmiz yoxdur”

Ayaz Əzizov yanvarın 21-də növbəti dəfə icra hakimiyyətinə gedib, icra başçısının qəbulunda olub, ancaq ona bildirilib ki, bu problemlərin icra hakimiyyətinə aidiyyəti yoxdur:

“Deyirlər, bizim sənə kömək etmək imkanımız yoxdur, bunu etmək kimi vəzifəmiz də yoxdur. Get, müharibədən əvvəl harda işləyirdinsə, yenə orada işlə… Başa düşmürlər ki, sağlamlığım daha o işlərə imkan vermir. Mən Füzuli, Cəbrayıl uğrunda döyüşüb yarımcan qayıdan adamam. Hələ müharibədə olanda rayondakı vəzifəlilərə zəng vurdum, dedim, uşaqlarım evdə soyuqdan donur, müharibədən qayıdandan sonra öyrəndim ki, gətirib ailəmə bir dəfə 20, bir dəfə isə 10 manat pul verib gediblər. Bu da bunların döyüşçüyə verdikləri dəyər…”

2015-ci ildə rayon sakini Famil Həsənov Saatlı Rayon Məhkəməsində Əzizovlara qarşı iddia qaldırıb. O, Əzizovların yaşadıqları mənzilin mülkiyyətçisi olduğunu iddia edərək məhkəmədən onların mənzildən çıxarılmasını tələb edib. Famil Həsənov məhkəmə izahatında göstərib ki, 2013-cü ildə Əzizovların qalmağa yeri olmadığına görə yataqxanadakı evini onlara müvəqqəti yaşamağa verib, ancaq sonra Əzizovlar evdən çıxmaqdan imtina ediblər. Məhkəmə iddianı təmin edib. Ötən ilin oktyabr ayında isə Əzizovlar Saatlı Rayon Məhkəməsinə müraciət edərək hazırda yaşadıqları mənzildə onlara Famil Həsənovla birlikdə yaşamaq hüququ verilməsini istəyiblər. Məhkəmə iddianı təmin etməyib.

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Ayaz Əzizov dəfələrlə quruma müraciət edərək işlə təmin olunmasını xahiş edib. Hər dəfə ona bildirilib ki, vətəndaş iş axtarmaq üçün aidiyyəti üzrə Məşğulluq İdarəsinin nəzdində fəaliyyət göstərən “DOST” İş Mərkəzinə müraciət etməlidir:

“İcra hakimiyyəti vətəndaşları işlə təmin edən qurum deyil”.

Günlər ötdükcə ailə başçısının narahatçılığı da artır. O, martın 10-da yaşadıqları mənzildən çıxarılarlarsa, azyaşlı uşaqlarının sonrakı taleyinin necə olacağını düşünür.

Meydan TV

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay