SON DƏQİQƏ: İrəvanda ƏSL ZƏLZƏLƏ: Paşinyanın ŞOK AÇIQLAMALARI - Ölkə  QARIŞDI...

















“Qarabağ ermənilərə məxsus ola bilməz” deyən Paşinyan İrəvanın "artsax"ın arxasından çəkiləcəyi mesajını verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların ona qarşı elan etdiyi siyasi-ideoloji savaşda geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir. Əksinə, baş nazir N.Paşinyan həm erməni separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlər həlledici savaşa hazır olduğunu biruzə verir. Və bu savaşın nəticələri böyük ehtimalla tərəflərdən birinin, yaxud da elə hər ikisinin də məğlubiyyətinə yol aça bilər.

Məsələ ondadır ki, "ox artıq yaydan çıxıb". Bundan sonra geri çəkilmək siyasi fəlakətə yol aça bilər. Erməni baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıyar. Ona görə də, Ermənistan baş naziri nəyin bahasına olursa-olsun, özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.

Onu da qeyd edək ki, son baş verənlər də erməni baş nazirin öz siyasi rəqiblərini, o cümlədən, Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçılarını güncə sıxışdırıb, zəiflətməkdə qərarlı olduğunu göstərir. Belə anlaşılır ki, erməni baş nazir həm separatçıları, həm də onların Ermənistandakı siyasi-ideoloji dəstəkçilərini öz ölkəsi üçün ciddi problem hesab edir. Və onlardan xilas olub, həm öz hakimiyyətini gücləndirmək, həm də Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq qərarı verib.
Məsələ ondadır ki, onun onlayn mətbuat konfransında dilə gətirdiyi açıqlamalar kifayət qədər cəsarətli məzmun daşıyır. Çünki, o, açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə, Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Düzdür, erməni baş nazir öz arqumentlərini Köçəryan-Sarkisyan hakimiyyətinin sülh danışıqları prosesində üzləşdiyi uğursuzluqlarla izah edib.

Ancaq onun "BMT Təhlükəsizlik Şurası "Dağlıq Qarabağın" statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi. Bu, o deməkdir ki, "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb" məzmunu daşıyan arqumentləri olduqca cəsarətlidir. Hər hansı başqa bir erməni siyasətçinin, hətta bu reallıqlara vaxtaşırı üstüörtülü eyhamlar vuran keçmiş prezident Levon Ter-Petrosyanın və onun müşaviri olmuş Jirayr Liparityanın belə, bu həqiqətləri N.Paşinyan kimi açıq şəkildə dilə gətirə biləcəyini təsəvvür etmək çox çətindir.
Təbii ki, Ermənistan cəmiyyəti üçün qəbuledilməz olan bu cəsarəti erməni baş naziri hazırda açıq hədəfə çevirib. İndi Ermənistan cəmiyyəti onu xəyanətdə suçlayır. Xankəndi və ətraf bölgədə olan erməni separatçılar isə erməni baş naziri düşmən kimi təqdim edirlər.
Erməni separatçılara rəhbərlik edən Araik Arutyunyan baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarla yüklənmiş bəyanat yayıb. Həmin bəyanatda Paşinyan hakimiyyəti "artsax" ideyalarına xəyanətdə suçlanır, Xankəndi və ətraf bölgədəki erməniləri dəstəksiz buraxmaqda ittiham edilir.
Eyni zamanda, Paşinyan hakimiyyətinə rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin adından danışmaq, onların taleyini həll etmək hüququnun olmadığı barədə xəbərdarlıq edilir. Yəni, Paşinyan hakimiyyətindən dolayısı ilə bundan sonra Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə bağlı hər hansı məsələyə qarışmamaq tələb olunur.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan məzmunu ağır ittihamlar ilə yükləndiyindən separatçı Araik Arutyunyanın bəyanatına cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir vurğulayıb ki, bütün ittihamlar ona qarşı yönəlsə də, sülh danışıqları nəticəsində yaranmış mövcud vəziyyətin formalaşması onun hakimiyyətindən öncəki dövrə aiddir. Ona görə də, "artsax" ətrafında yaranmış vəziyyətə görə ondan əvvəl hakimiyyətdə olanlar məsuliyyət daşımalıdır.
Erməni baş nazir xatırladıb ki, keçmiş prezident Serj Sarkisyanın sülh danışıqlarının nəticələrinə görə, "Dağlıq Qarabağın" ermənilərə aid olunması barədə iddiaları reallıqdan uzaq olduğundan həqiqətləri xalqa çatdırmaq məcburiyyətində qalıb: ""Dağlıq Qarabağ"da yaşayan azərbaycanlıların bölgənin statusunun müəyyən edilməsində iştirak hüququ danışıqlar prosesi üzrə sənədlərdə qeydə alınıb. Danışıqların məzmununa görə, onlar "Dağlıq Qarabağ"ın sakinləridir. Yəni azərbaycanlılar da "Dağlıq Qarabağda" yaşamaq hüququna sahibdirlər. 2018-ci ilə hakimiyyətdə olanlar heç vaxt buna qarşı çıxıb, etiraz etməyiblər. Əgər, "Dağlıq Qarabağ"ın statusu məsələn, 100 il sonra keçiriləcəyi təqdirdə, demoqrafik dəyişikliklər şəraitində nəticələrin necə ola biləcəyi aydındır".
Erməni baş nazir daha sonra bildirib ki, danışıqlar prosesində 2016-cı ildən sonra Dağlıq Qarabağın aralıq statusu barədə məsələ müzakirədən ümumiyyətlə, çıxarılıb. Bunun əvəzində Dağlıq Qarabağ ilə bağlı hüquqi qərarların verilməsi məsələsinin BMT Təhlükəsizlik Şurasının öhdəsinə buraxılması razılaşdırılıb: "Bu, əsl fəlakətdir. Çünki BMT TŞ-nın qətnamələrində "Dağlıq Qarabağ" Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, BMT TŞ Dağlıq Qarabağ ilə bağlı məsələlərdə mütləq öz qətnamələrinə uyğun qərar verəcək. Ona görə də mən bir neçə dəfə bildirmişəm ki, danışıqların mövcud məzmununa görə, "Dağlıq Qarabağ"ın Azərbaycandan kənarda qalmaq şansı tükənib".

Erməni baş nazir onu qeyd edib ki, özündən əvvəlki hakimiyyətlərin səhvləri və günahları ucbatından yaranmış bu vəziyyətin dəyişdirilməsi üçün uzun müddət mübarizə aparmağa çalışıb. Ancaq hər hansı nəticə əldə etməyə nail ola bilməyib. Və son müharibənin başlanma səbəbləri də məhz onun danışdıqlar prosesində yaranmış vəziyyətə göstərdiyi müqavimət ilə birbaşa bağlıdır.
Maraqlıdır ki, erməni baş nazir onu ittiham edən siyasi rəqiblərinə və separatçılara müəmmalı mesaj da verib: "İndi bəzi şəxslər deyirlər ki, mənim "Dağlıq Qarabağın" adından danışıqlar aparmağa haqqım çatmır. Halbuki həmin adamlar məni həm də ona görə tənqid edirdilər ki, 2018-ci ildən üzübəri "Dağlıq Qarabağ"ın adından danışıqlar aparmaq üçün mandatımın olmadığını elə özüm deyirdim. Ancaq mən xalqdan bütün bunları gizlədə bilmərəm".

Göründüyü kimi, bu, bir daxili siyasi savaşın başlanğıc əlamətləridir. Rəsmi İrəvan "Dağlıq Qarabağ" yükündən xilas olmaq üçün real addımlar atmağa başlayıb. Bu, erməni toplumunda bir çoxlarını məmnun etmir. Halbuki, Ermənistanın gələcəyi erməni separatçıların girova çevrildiyindən Paşinyan hakimiyyəti bu savaşı sona qədər davam etdirmək məcburiyyətindədir.
Bütün baş verənlərə istinadən Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl olaraq, iki önəmli addımın atılmasına cəsarət etdiyini düşünmək olar.
Birinci addım erməni baş nazirin onlayn mətbuat konfransında dolayısı ilə "Qarabağ Azərbaycandır" deməsi ilə atıldı. Ermənistan cəmiyyətinə mövcud reallıqlar ilə barışmağın qaçılmazlığı barədə açıq mesaj ötürüldü. Bununla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu biruzə verdi.
İkinci həlledici addımı isə baş nazir N.Paşinyan erməni separatçıların rəhbəri Araik Arutyunyanın ittihamlarına cavab verərkən atdı.
"2018-ci ildən üzübəri "Dağlıq Qarabağın" adından danışıqlar aparmaq üçün mandatımın olmadığını deyirdim" cümləsini gündəmə çıxaran erməni baş nazir rəsmi İrəvanın bundan sonra "artsax" ilə bağlı hər hansı səviyyədə müzakirələrdə iştirak etməyəcəyinə eyham vurdu.
Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan rəsmi İrəvan adından "artsax" xəyallarını dəfn etmək qərarına gəlib. Bu, o deməkdir ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların arxasından çəkilmək niyyətindədir. Və bu ehtimal doğru çıxarsa, regionda sülh dövrünün başlanmasından danışmaq mümkün olacaq.(musavat.com)

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay