TƏCİLİ!!! Qarabağda yeni MÜHARİBƏ: Araik niyə Putinə minnətdarlıq edir... - ŞOK DETALLAR ÜZƏ ÇIXDI


















Politoloq: “Qəfil antiterror əməliyyatları keçirməliyik...”

Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur. Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.

Rusiya mediasının məlumatına görə, A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün “silah saxlamaq haqqında qanuna” dəyişikliklər ediləcəyini deyib.

Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik “Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə qeyd edib.

Əsas hədəf, əlbəttə ki, bütövlükdə oradakı əhalini qanunsuz şəkildə silahlandırmaq, anklavın Azərbaycanın yurisdiksiyasına qayıdışını daha da əngəlləməkdir.

Göründüyü kimi, kapitulyasiya aktından 1 il ötsə də Qarabağda gizlənən erməni quldur dəstələri tərk-silah edilmək əvəzinə, sayları daha da artıb və artırılmaq istiqamətində iş gedir. Təbii ki, Rusiya sülhməramlılarının ən azından göz yumması nəticəsində. Tutaq ki, onlar Laçın dəhlizindən keçirilən silah-sursatı görmürlər, bəs 2 gün öncə Xankəndində olan Ermənistan müdafiə naziri Arşak Karapetyanı necə, onu da görmədilər, tanımadılar? Bu Ermənistanın hansısa maliyyə naziri, XİN başçısı deyil, müdafiə naziridir. Onun Qarabağda nə ölümü? Demək, hərbi xarakterli məqsədlər olub.

Beləcə, Azərbaycanın xoş məram göstərib razılıq və icazə verdiyi Laçın dəhlizindən ermənilər revanşist planlar qurmaq və separatizmi qızışdırmaq üçün, sui-istifadə edirlər. Bu təhdidlər fonunda Bakının önləyici tədbirləri nə(lər) olmalıdır? Bu tədbirlər Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmalıdırmı, yoxsa antiterror əməliyyatı qəfil və lokal şəkildə aparılmalıdır?

Politoloq Yeganə Hacıyeva öncə bildirdi ki, rusiyalı sülhməramlılar üçtərəfli razılaşmanın 4-cü bəndinin yerinə yetirilməsi istiqamətində öz öhdəliklərini yerinə yetirməyib. Bu bəndə görə, Rusiya sülhməramlıları bölgədən çıxardıqları erməni silahlıların yerinə yerləşməliydi, yəni bu proses paralel olmalıydı: “Həmin bənd yerinə yetirilmədiyi üçün risklər formalaşdı ki, bunun əsas səbəbi rus sülhməramlıların öz məsuliyyətlərini bu günə qədər yerinə yetirməməsidir. Araik Arutyunyan Azərbaycan qanunvericiliyinə görə cinayətkardır. Onun son çağırışı Azərbaycan dövlətinə qarşı silahlı qiyama çağırışdır. Arutyunyan göstərməyə çalışır ki, Ermənistan dövlətinin nəzarətindən kənarda proses gedir və bu prosesə cavabdeh də məhz Qarabağ əhalisidir.

Bir neçə vaxtdır ki, Qarabağın etnik erməni olan Azərbaycan vətəndaşları açıq şantaj olunurlar. Xankəndində 9 noyabrda Şuşayla bağlı şəkillər çəkib Azərbaycan teleqram kanallarının altında paylaşan ermənilərə qarşı guya sonra bu şəkillərdən istifadə olunduğu üçün repressiyalar baş verdi. Kriminal xunta orada nəinki Azərbaycan qanunlarını pozur, həm də Azərbaycan vətəndaşlarına qarşı repressiya aparır. Kriminal xuntanın girovu kimi müharibədə əliyalın əhalini silahlı xunta rəhbərləri nəyə desəniz məcbur edə bilərlər.

Oradakı etnik erməni olan vətəndaşlarımızın müdafiəsi də Azərbaycan Konstitusiyasına görə Azərbaycan tərəfinin məsuliyyətidir. Burada rus sülhməramlılarına etibar etmək olmaz. Bu çağırış Azərbaycan dövləti üçün özünün Qarabağda mövcudluğunun təmin edilməsi baxımdan bir çağırış kimi qəbul olmalıdır.

Çünki bu bizim uzunmüddətli təhlükəsizliyimiz üçün hədədir və biz qəfil antiterror əməliyyatları keçirib, nəhayət, Araiklə və Qarabağdakı erməni silahlı dəstələri ilə bağlı addımlar atmalıyıq. DTX-nin Xüsusi təyinatlı qüvvələri və Daxili Qoşunların vasitəsilə təmizləmə aparılmalıdır. Birinci növbədə Rusiyalı sülhməramlılar 4-cü bəndi yerinə yetirməlidir və bu çağırışa görə Azərbaycan həm də hüquqi cinayət təqibi başlamalıdır. Əslində, bu Araik barədə hüquqi cinayət təqiblərinin birinin də əlavə olunması deməkdir. Bu adam nəhayət həbs olunub Bakıya gətirilməlidir. Azərbaycan rus sülhməramlılarına müəyyən şərtlər irəli sürməlidir. Qarabağ Azərbaycanındır və müharibə yoxdur ki, atəşkəs olsun, burada kriminal terrorçu dəstələr var, o dəstələrin də addımlarının qarşısını antiterror əməliyyatları ilə almalıyıq".


Qaynar.media

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay