Kimlərinsə "milcəkdən fil düzəltmək eşqi" və ya əslində Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramova kimdir

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Azerinform.az olaraq biz bilirik. Onu da bilirik ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan media orqanları hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramovanın haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KVİ-lər ücün yaxşı olmaz.

Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, nümunəvi təşkilatcı-rəhbər Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramovadır.

...Bu gün Astarada onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər illərdir ki, bu adamı hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahədə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Ülviyyə Bayramova həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan təhsil kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Ülviyyə müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Ülviyyə Bayramova calışdıgı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Ülviyyə Bayramova ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə nail olan insan özü qazanır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır.

Tam səmimiyyətlə demək istəyirik ki, Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramovanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Ülviyyə Bayramovanın barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Niyə Ülviyyə müəllimənin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!


Qaynar.media

Son xəbərlər

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

CÜTLÜK CİNAYƏTKAR

Qazax İcra Başçının Müavini Məmməd Aliyevin Bacısı Oğlu Həm Bələdiyyə Sədri, Həmdə Xəstəxanada Işləyir? – ARAŞDIRMA

Məşhur baş həkim işdən çıxarıldı, vəzifəsi kiçildi

Kimlərinsə "milcəkdən fil düzəltmək eşqi" və ya əslində Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramova kimdir

Afiyəddin Leysanovdan növbəti ŞİKAYƏT – Vətəndaş Vilayət Eyvazovdan kömək istəyir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay