Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən iqtisadi islahatlar regionlarımızda da sürətli inkişafa zəmin yaratmışdır. Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Ağcabədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Xüsusən dövlət başçısı tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Ağcabədidə qızğın iş gedir. Ölkəmizin müasir tarixi üçün mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bunun nəticəsində də rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi üçün münbit şərait yaranmışdır. Bu gün Ağcabədinin aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir tendensiya halını almaqdadır. Bunu da qeyd edək ki, rayon ictimaiyyətinin böyük əksəriyyətinin rəyinə görə, məhz Rafil Hüseynovun Ağcabədi RİH-nə başçı təyin olunmasından sonra bölgədə regionların inkişafına dair dövlət proqramlarının icrasında daha yüksək dinamika müşahidə olunmağa başlanıb.

Qısa arayış:

Hüseynov Rafil İsrafil oğlu 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.

08.1969-02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. 02.1977-08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsnin ikinci katibi, 07.1980-10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 10.1981-12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsinin birinci katibi, 12.1988-10.1990-cı illərdə Azərbaycan KP Bərdə rayon komitəsinin şöbə müdiri, 10.1990-10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 10.1991-11.1991-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini vəzifəsinin icraçısı, 11.1991-07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 07.1992-12.1992-ci illərdə Bərdə rayonu İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini,12.1992-09.1996-cı illərdə Bərdə rayonu İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 10.1996-12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 12.1998-06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 09.2003-01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 02.2006- 02.2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 02.2007- 07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 07.2007-09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 09.2007-03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 03.2009-08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 08.2010-04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.
Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.

Pambıqçılıq xüsusi diqqət mərkəzindədir

Məlum olduğu kimi, Ağcabədi rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin rayonda taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq da kifayət qədər inkişaf etmişdir. Davamlı xarakter alan regionların sosial-iqtisadi inkişafı dövlət siyasətində mühüm yerlərdən birini tutur və bu strategiya uğurla davam etdirilir, iqtisadiyyatın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin iqtisadiyyatında aqrar sahənin xüsusi yeri var və respublikada ən çox pambıq istehsal edən rayonlar sırasındadır.

Qeyd edək ki, pambıqçılıq ölkəmizdə zəngin ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq işləri başa çatır.

Ağcəbədidə 2023-ci ildə 12 min hektara yaxın sahədə pambıq becərilir. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunur, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılır, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilir. Nəticədə yaxşı çıxış alınır, barlı kollar yetişir. Bu isə məhsulun bol olacağından xəbər verir. Həmcinin pambıq yığımına da ciddi hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

Mütəxəssislərin qənaətinə görə, bu mövsümdə rayon üzrə 40 min tona yaxın pambıq istehsalı gözlənilir. Qeyd edək ki, 2022-ci ildə Ağcabədi rayonunda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq hər hektardan 30,47 sentner olub.

Respublikamızda sahibkarlığın inkişafına güclü dəstək verilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir mühüm addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində "ağ qızıl"ın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, xam pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 750 manatdan 800 manata, 2-ci növün qiyməti 730 manatdan 780 manata, 3-cü növün qiyməti 690 manatdan 740 manata, 4-cü növün qiyməti isə 650 manatdan 700 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə əlavə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.

Gələcək planların hədəfində daha böyük uğurlardır

Bu gün Ağcabədidə müşahidə olunan inkişaf dinamikası onu deməyə əsas verir ki, bu rayonun nə əhalisi, nə də rəhbərliyi artıq əldə olunmuşn nailiyyətlərlə heç də kifayətlənmək niyyətində deyil. Həqiqətən də, resurs və potensialların, ən əsası da arzu və istəklərin tükənmədiyi yerdə inkişafın da sonu olmaz.

Bəli, qədim Qarabağın dilbər guşələrindən olan Ağcabədidə iqtisadiyyat dinamik şəkildə inkişaf edir, sosial infrastruktur sürətlə dəyişir, əhalini narahat edən problemlər uğurla həll edilir. Belə ki, rayon sakinləri bildirirlər ki, Rafil Hüseynovun rəhbərlik etdiyi Ağcabədidə regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olub. Aparılan məqsədyönlü tədbirlər Ağcabədinin simasını əsaslı şəkildə dəyişərək onu abad bir rayona çevirib, rayon əhalisinin maddi rifah halını yaxşılaşdırıb. Həmçinin rayonda sahibkar və iş adamları üçün yaradılan münbit şərait nəticəsində yeni istehsal, emal və xidmət obyektləri tikilərək istifadəyə verilib. Görülən tədbirlər nəticəsində rayonda əhalinin məşğulluq səviyyəsi xeyli artıb. Rayonun mərkəzində və kəndlərində yeni tikintilərin aparılması, əlavə olaraq iş yerlərinin açılması bunun əyani sübutudur.

Hazırda ölkənin hər yerində müşahidə olunan böyük quruculuq və abadlıq işləri Ağcabədi rayonunda da geniş vüsət alıb. Xüsusilə, Dövlət Proqramının birinci mərhələsinin icra olunduğu illər ərzində yeni yaradılmış müəssisələr, mədəniyyət və iaşə obyektləri, parklar, istirahət guşələri həm də Ağcabədinin görkəmini tamamilə dəyişdirib, onun müasir görkəm almasına şərait yaradıb. Məsələn, bu illər ərzində ərazisi 4 hektar olan Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yenidən qurulub, parkda Ulu öndər Heydər Əliyevin büstü qoyulub. İnsanların istirahəti üçün tam şərait yaradılıb, əraziyə müxtəlif çeşidli minlərlə bəzək ağacı və gül kolları əkilib.

Rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 24 və 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Şəhər, qəsəbə və kəndlərdə 700-dən artıq yararsız ticarət, xidmət və digər obyektlər götürülərək müasir üslubda ticarət, xidmət, iaşə və s. obyektlər tikilib istifadəyə verilib. Hindarx qəsəbəsində yeni ticarət mərkəzi, ərazisi 2 hektar olan yeni park salınıb. Su kanal idarəsinin, maliyyə idarəsinin , DSMF Ağcabədi rayon şöbəsinin, 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının, Torpaq, Bitki və Su analizi laboratoriyasının yeni binaları tikilib istifadəyə verilib. "Kapital Bank"ın Ağcabədi filialının, Dövlət Sığorta Şirkətinin Ağcabədi rayon şöbəsinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binaları, Ağcabədi Pedaqoji Texnikumunun tədris korpusu əsaslı təmir edilib.

Bu arada, o da qeyd olunmalıdır ki, əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunub, orta aylıq nominal əməkhaqqı artıb. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. Rayon rəhbərliyi ölkə başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.

Rafil Hüseynov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə dövlət başçısının rəhbərliyi altında müstəqil Azərbaycanın ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Nəzərinizə çatdıraq ki, Ağcabədi rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı idarələrinin xidmətindən istifadə edirlər. Suvarma Sistemləri İdarəsi 56 min 414 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Rayonun əsas su mənbələri Yuxarı Qarabağ kanalı, Xan qızı kanalı, subartezian quyuları və Kür çayıdır. Hazırda Ağcabədidə 11 Sudan İstifadə Birliyi fəaliyyət göstərir. Müntəzəm olaraq suvarma kanalları lildən təmizlənir, hidrotexniki qurğular əsaslı və cari təmir edilir. Ağcabədi Suvarma Sistemləri İdarəsi Ağcabədi rayonu ərazisində olan su kanallarının, drenlərinin, nasoslarının, təmiri, tikintisi və paylanmasına nəzarət edir. Bu gün Ağcabədi rayonunda suvarma suyu ilə təminat sarıdan heç bir çətinlik müşahidə olunmur. Müəyyən texniki səbəbdən yaranan nöqsanlar vaxtındə həllini tapır. Ağcabədi rayonundakı drenlər hazırda yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artıb. Bu da əhali tərəfindən çox müsbət qarşılanır. Məlumat üçün bildirək ki, Subartezian Quyularının İstismarı İdarəsinin balansında 802 subartezian quyusu var. Bu quyulardan 90-ı içməli suya, 712-si isə 27 min 735 hektar əkin sahəsinin suvarma suyuna ehtiyacını təmin etmək məqsədi ilə qazılıb. İlin əvvəlindən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Hindarx, Rəncbərlər, Poladlı, Sarıcalı, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Yeni Qaradolaq və Boyat kəndlərində 10 subartezian quyusu istifadəyə verilib. Kollektor-drenaj şəbəkələri vaxtında lildən təmizlənir, hidrotexniki qurğulara lazımi qulluq göstərilir. Bu yay həmçinin Yaponiya Hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilən "Ağcabədinin 10 kəndində suvarma sisteminin bərpası" layihəsi də uğurla başa çatdırılıb.

Ümumiyyətlə, son illər rayonda baş verən müsbət irəliləyişləri təhsil sahəsində də açıq-aşkar görmək mümkündür. Əvvəlki dövrlərlə son illərin göstəricilərini müqayisə etsək, onda aradakı fərqin hansı səviyyədə olduğu ortaya çıxar. Hazırda rayonda 62 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan da 50-si orta, 11-i əsas və 1-i ibtidai məktəbdir. Həmin məktəblərdə 21146 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2797 nəfər müəllim məşğul olur ki, onlardan da 2021 nəfəri ali təhsillidir. Ağcabədi rayon məktəblərində təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulub. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilib. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunub. Fənlərin tədrisini gücləndirmək məqsədi ilə müxtəlif səpkili tədbirlər keçirilib.

Təbii, bütün digər sahələrdə olduğu kimi, səhiyyənin inkişaf etdirilməsini, bu istiqamətdə ən müasir texnologiyaların tətbiqini təmin etmək məqsədi ilə bir sıra mühüm işlər həyata keçirilib. Qeyd edək ki, hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nəzdində 2 şəhər, 1 qəsəbə, 9 kənd xəstəxanası, 17 kənd həkim ambulatoriyası və 22 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Ötən dövr ərzində mərkəzi xəstəxananın 140 çarpayılıq əsas binası, doğum evi, uşaq xəstəxanası, uşaq poliklinikası, infeksiya şöbəsi, rentgen şöbəsi, fizioterapiya şöbəsi, Hacıbədəlli, Pərioğullar, Kəhrizli kənd ambulatoriyaları, Cəfərbəyli feldşer-mama məntəqəsi əsaslı, H.Məmmədov adına Avşar kənd xəstəxanası, Qaravəlli kənd xəstəxanası isə cari təmir edilib. Eyni zamanda rayon mərkəzi xəstəxanasının maddi-texniki bazası xeyli möhkəmlənib. Bir sözlə, son illər ərzində Ağcabədi rayonu əməlli-başlı dəyişib, durmadan inkişafa, tərəqqiyə doğru gedir. Məhz bu səbəbdən də onu bir sıra rayonlara nümunə, örnək göstərmək olar. Çünki Ağcabədi yüksəliş yolunun yeni mərhələsinə qədəm qoyub.

Hazırladı:
Baloglan MİRZƏLİ,
Qaynar.media

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay