Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi növbəti səfə rusiyalıların Ukrayna olaylarına münasibətini öyrənib. Sorğunun nəticələrinə görə, respondentlərin 84%-i Rusiya ordusuna inanır, vətəndaşların 71%-i isə Putinin suveren ölkəyə qarşı başlatdığı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.

Əgər plebissitin nəticələrini mötəbər saysaq və “dəniz suyunun dadını bilmək üçün damlanın yetərli olduğunu” nəzərə alsaq, onda belə qənaət hasil olar ki, rus cəmiyyəti işğalçılığa, işğala, o sırada Ukraynada dinc insanların, uşaqların qətlinə normal baxır, hətta bunu təqdir edir. Demək, təcavüzün nəticələrinə qatılmağa da hazır olmalıdır.

Belə çıxır, Rusiya sabah hansısa bəhanə ilə başqa suveren ölkəyə hücum eləsə, yenə rəhbərə çəpik çalacaqlar. Bu fonda ABŞ Prezidenti Co Baydenin rus xalqına dünən ünvanladığı müraciət də mənasız anlama gəlir. Əsas odur Putinin reytinqi 2024 prezident seçkiləri üçün kəllə-çarxda qalsın.

Fəqət, qalacaqmı? 2024-ə hələ xeyli var. Ona kimi Rusiyanın imperiya dövlət kimi öz taleyinin sual altına düşməyəcəyini heç kim deyə bilməz...

Bir şeyi əminliklə söyləmək olar: “Vaqner”çi, “kadırovçu” quldur dəstələrindən də gen-bol istifadə edən Moskva 40 milyonluq Ukrayna xalqının əzmini qıra bilməyəcək.

Bunkerlərdə, sığınacaqlarda ad günləri keçirən, yüksək mübarizə ovqatını saxlayan bir milləti sındırmaq, əzmək mümkünsüz. Yəni, Rusiya özünün böyük itkiləri bahasına olsa belə, Ukraynanı bütünlüklə işğal edib Kiyevi ələ keçirsə belə, artıq özünü məğlub saya bilər. Bu – “Pirr qələsi”ndən də betər bir “zəfər” olacaq.

Görünür proseslər məhz Putin Rusiyasına qarşı hibrid müharibəyə, partizan mübarizəsinə doğru gedir. Bunu 3-cü, üzücü cəbhə də adlandırmaq olar. Moskvanın ən çox qorxduğu elə budur. Çünki söhbət iri şəhərlərdəki ağır küçə döyüşlərinin ardınca faktiki görünməzə çevriləcək bir düşmənlə mübarizədən gedəcək.

O düşmən ki, hər yerdə rus işğalçı qüvvələri ilə olacaq, onların içində olacaq, onları və onların yerli əlaltılarını izləyəcək, təqib edəcək və fürsət düşən kimi amansız intiqam alacaq. Ukrayna Rusiya ilə həmsərhəd ölkə olduğu üçün qisas əməliyyatları ikincinin ərazisinə də keçə bilər. Unutmayaq, partizan hərəkatına rusca yaxşı bilən yerli əhali ilə yanaşı, Qərb, ABŞ güclü informasiya-kəşfiyyat dəstəyi verəcək. Böyük maliyyə-hərbi kömək də öz yerində...

Bu xüsusda “Vashington Post”dakı son yazı diqqət çəkir. Nəşr qeyd edib ki, əgər ruslar hər halda Ukraynanın müqavimətini qırmağa nail olsa, o zaman ABŞ Dövlət Departamenti, Pentaqon və digər qurumlar prezident Vladimir Zelenskini Polşaya təxliyə edəcək və orada o, mühacirətdə olan hökumətin rəhbəri kimi partizan müharibəsinə başçılıq edəcək. Qəzetin mənbələrinin əminliyinə görə, Ukraynada partizan müharibəsi uzun müddət, bəlkə də, illərlə davam edə bilər.

Bunu da yaddan çıxarmaq olmaz ki, zəbt elədiyi ərazidə işğalçı ordunun maddi-texniki təminatı, dağıdılmış infrastrukturların bərpası Rusiyanın üzərində qalacaq. Belə bir yükü isə artıq misli görünməmiş sanksiyalar altına düşən bir dövlətin qaldıra biləcəyi inandırıcı görünmür – Rusiya təbii sərvətlərlə nə qədər zəngin olsa da...

Ona da şəkk-şübhə yox ki, Kremlin Ukraynadakı marionet rejimi də Qərbin sanksiyalarına, tam təcridinə tuş gələcək. Demək, yerli əhalinin artan narazılığı fonunda Rusiya üçün satellit rejimi bəsləmək, ayaqda saxlamaq üçqat, dördqat çətin olacaq.

Bu və digər məqamları ciddiyə alanda ehtimal eləmək olar ki, uzağı, bir ilə Rusiya Ukrayna bataqlığına görə çox ağır bədəl ödəməli olacaq. Ölkə siyasi nəticələrdən tutmuş, sosial-iqtisadi təlatümlərə qədər, böyük sarsıntılarla üz-üzə qalacaq. Bu təlatümlər dalğası indi Putinin Ukraynaya təcavüzünü təqdir edən rusiyalıları da təbii ki, öz ağuşuna alacaq.

Rus xalqının ağlamalı günləri hələ qabaqdadır...

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay